İş adamı 111 yetim qızın toyunu etdi
Bizi izləyin

Bilgi.az

İş adamı 111 yetim qızın toyunu etdi

Hindistanlı iş adamı Maheş Savani qərbi Qujarat ştatındakı Surat şəhərində 111 yetim cütlük üçün kütləvi toy təşkil edib.

Publika.az-ın məlumatına görə, Maheş Savani mərasimin maliyyəsini öz üzərinə götürməklə yanşı hər bir gəlinə 7300 dollar dəyərində cehiz də verib.

"Biz onlara qızıl və gümüş zinət əşyaları, qab-qacaq, elektrik məişət cihazları, geyim və evliliklə bağlı bütün xərclərini vermişik", - iş adamı bildirib.

Savani həmçinin, qadınların evlilikdən sonrakı xərclərini də öz üzərinə götürüb. Özünü gəlinlərin mənəvi atası adlandıran Savani deyib ki, onların hamiləlik xərclərini də qarşılayacaq.

Savani deyib ki, o, işçilərindən biri qızının toyuna 12 gün qalmış dünyasını dəyişdikdən sonra evlilik mərasimlərini maliyyələşdirməyə başlayıb. "Mən kütləvi nikahlar üçün heç bir ianə toplamıram. Bu mənim şəxsi təşəbbüsümdür. Bir ata üçün qızını evləndirməkdən daha xeyirxah əməl ola bilməz", Savani əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm