• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Məşhur fizikdən gələcəklə bağlı XƏBƏRDARLIQ: “İnsanlar məhv olacaq”

  • Maraqlı
  • 3 Dekabr 2014 15:08
  • 983 Baxış
Məşhur fizikdən gələcəklə bağlı XƏBƏRDARLIQ: “İnsanlar məhv olacaq”

Dünyanın məşhur fiziklərindən olan, astrofizika sahəsində araşdırmaları ilə diqqət çəkən Stefan Hokinq süni zəkanın gələcək insan nəslinə ağır zərbə vuracağını, hətta onu yox edə biləcəyini iddia edib.

Hokinq süni zəkanın, düşünə biləcək robotların icadını insanın gələcək məhvinin təminatı hesab edir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Hokinq texnologiyanın sürətli inkişafını alqışlasa da, miqdarından artıq dəyərləndirilməsini məqsədəuyğun saymır. Kainatın harmonik düzümü və "Qara dəliklər"lə bağlı maraqlı araşdırmaların müəllifi süni zəka yerləşdirilən robotoların sayəsində öncə milyonlarla insanın işsiz qalacağı, iqtisadi böhranın yaranacağı, daha sonra isə həyatın süniləşəcəyi haqqında proqnozlar verib.

Onu da qeyd edək ki, Hokinq Kembric Universitetində işləyən zaman yoluxduğu xəstəlik səbəbindən danışmaq və hərəkət imkanlarını itirib. O, fikirlərini kömpüterə yazmaqla çatdırır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR