• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İkiüzlü pişik – FOTOLAR + VİDEO

  • Maraqlı
  • 3 Dekabr 2014 15:33
  • 594 Baxış
İkiüzlü pişik – FOTOLAR + VİDEO

ABŞ-ın Massaçusets ştatında qeyri-adi bir pişik yaşayır. Pişiyin adı Frenk və Luidir (Frank and Lui). İş ondadır ki, pişiyin iki ləqəbi olmaqla yanaşı, həm də iki üzü var. Adətən, belə "ikiüzlü" doğulan heyvanlar 2-3 gündən çox yaşamır.

Frenk və Luinin əvvəlki sahibi də qeyri-adi pişiyin çox yaşamayacağına əmin idi. Ona görə də, pişikdən xilas olmaq məqsədi ilə onu heyvanlar üçün nəzərdə tutulmuş klinikaya gətirib. Təbiətin möcüzəsi olan heyvanı görən tibb bacısı ilk baxışdan, az qala, ona aşiq olub. Marti qüsurla doğulmuş pişiyi evinə gətirərək ona qulluq edib.

Maraqlıdır ki, Frenk və Lui analoji xəstəliklə Ginnesin rekordlar kitabına düşən ən yaşlı pişikdir. Kitaba düşən zaman onun hələ 12 yaşı vardı.

Qeyri-adi görünüşlü pişik günü bugünədək sağ-salamat yaşayır. Onun iki ağzı, iki burnu və iki fəaliyyətdə olan gözü var. İkisimalı pişiyin bir beyni var. Maraqlıdır ki, hər iki üz hadisələrə eyni zamanda reaksiya verir. Frenk və Luinin iki ağzı olsa da, yalnız bir ağız fəaliyyət göstərir. Bu mənada güc daha çox Frenkin üzərinə düşür.

Martinin sözlərinə görə, pişiyi görən hər kəs qorxusundan dəhşətə gəlir. Lakin bu qorxu çox sürmür, çünki Frenk və Lui çox mehriban pişikdir.

Marti evində Frenk və Lui ilə yanaşı, daha bir sağlam pişik, tutuquşu və it saxlayır. Bütün heyvanlar sülh və əmin-amanlıq içində yaşayır.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR