Bir saat Anakondanın qarnında qalan adam danışdı - VİDEO
Bizi izləyin

Bilgi.az

Bir saat Anakondanın qarnında qalan adam danışdı - VİDEO

Eaten Alive (Canlı yeyilən) proqramı üçün Anakonda ilanı tərəfindən udulan Pol Rosolia ilanın qarnında nə hiss etdiyini danışıb.

Publika.az-ın məlumatına görə, NBC kanalında yayımlanan "Today Talk Show" proqramında qonaq olan araşdırmaçı deyib ki, son xatırladığı gözü önündə ağzını geniş açmış bir ilan olub. "Ondan sonra hər qaranlığa qərq oldu", Rosolia əlavə edib.

Bir saat ilanın qarnında qalan Pol Rosolia oradan necə çıxdığını izah etməkdən imtina edib. Sadəcə özünü yaxşı hiss etdiyini və ilanın da sağ olduğunu bildirib.

Rosolia bu addımı atmaqda məqsədinin diqqəti məhv olan tropik Amazon meşələrinə yönəltmək olduğunu deyib.

Qeyd edək ki, Rosolianın bu hərəkəti heyvansevərlər tərəfindən ciddi tənqid olunub. Onlar bunu verilişin reytinqi üçün hevana işgəncə vermək kimi qiymətləndiriblər.


Anakonda'nın Yuttuğu Adam, Yaşadıklarını Anlattı haberler

Oxumağa davam et
Reklam
Reklam

Gündəm