Dünyanın ən gənc “qanuni oğru”su - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən gənc “qanuni oğru”su - FOTOLAR

"Qanuni oğru"u anlayışı XX əsrin 30-cu illərində keçmiş SSRİ-də meydana gələn və ittifaqın dağılması ilə postsovet ölkələrində geniş yayılan kriminal tituldur. Bu titul cinayət aləmində xüsusi çəkiyə malik, müəyyən kriminal kodeksə riayət edən avtoritetlərə verilir.

Klassik "qanuni oğrular" kriminal qruplaşmalar arasında yaranan "razborka"ları həll etməli, ən azı bir dəfə məhkumluq həyatı yaşamalı, ailə həyatı qurmamalı, heç zaman işləməməli, əlinə odlu silah almamalı və rəsmi dövlət qurumları (ilk növbədə məhkəmə-istintaq orqanları) ilə heç bir əməkdaşlıq etməməli idi. Lakin 80-ci illərin sonlarından bazar iqtisadiyyatı münasibətlərinin bərqərar olması ilə SSRİ-də, ardından isə Rusiya və digər yeni yaranan respublikalarda "qanuni oğru"ların kodeksi ciddi dəyişikliyə uğradı. Yeni şəratdə kriminal ənənələrinin qoruyucusu və təvazökar həyat tərzi keçirən "qanuni oğru"ları bu titulu böyük pullarla alan, heç zaman məhkum olunmayan yeni nəsil əvəz etməyə başladı.

Adətən, "qanuni oğru" adının verildiyi "sxodka"lar çox gənc yaşda olan cinayətkar aləm nümayəndələrinə də bu titulu vermyə başladılar.

Modern.az saytı dünyada ən gənc "qanuni oğru" sayılan 21 yaşlı Revaz Ubilava barəsində yazır

"Qanuni oğru"lar vahid təşkilatda birləşməkdikləri üçün onların dəqiq sayı barədə müxtəlif ehtimallar var. Lakin onların təxminən 530 nəfər olduğu güman edilir. "Qanuni oğru"ların 150-yə yaxını Rusiyada (onların 90-ı həbsdədir), 100 nəfərinin Gürcüstanda (demək olar hamısı həbsdədir), bir qisminin digər MDB ölkələrində (Azərbaycan, Ukrayna, Qazaxıstan, Ermənistan, Moldova, Qırğızıstanda) və Avropada yaşadıqları məlumdur. Müxətlif yaş qruplarında olan bu cinayətkar aləm nümayəndələri arasında ən gənci Revaz Ubilavadır.

Revaz Rastadiyeviç Ubilava 1993-cü il aprelin 10-də Gürcüstanın Çalencix rayonunun Cvari kəndində anadan olub. Yeniyetməlik illərində ailəsi ilə birlikdə Rusiyaya köçüb və Moskvadakı gürcü "qanuni oğru"ları ilə təmasa girib. O, cinayət aləmində Revaz Cvarski adı ilə tanınır və 2012-ci ilin martında ilk məhkumluğunu alıb. Onda Revaz Ubilavanın üzərindən narkotik vasitə olan həşiş aşkarlanıb və Smolensk vilayətindəki 1 nömrəli həbsxanada 8 ay yatıb. Həbsdən çıxdıqdan sonra Rusiyada gürcü mafiyasının ən güclü 2 qolundan biri olan "Tbilisskie" qruplaşmasının tərəfinə keçib.

2014-cü ilin yayında Türkiyədə "sxodka" keçirən "Tbilisski"lər qruplaşması liderləri Merab Marqveladzenin təklifi ilə 3 nəfərə - İrakli Cabuaya, Mixo Calaqnoyaya və Revaz Ubilavaya "qanuni oğru" adının verilməsi haqda qərar qəbul edib. Bu, onların kriminal müharibələr zamanı özlərini etibarlı göstərmələri ilə bağlı idi.

2014-cü ilin yayında MDB məkanındakı gürcü mafiyasının iki əsas qolu – "Suxumskilər", yaxud meqrellər və "Tbilisskilər", yaxud gürcülər qruplaşmaları arasında mövcud olan ənənəvi düşmənçilik daha da kəskinləşib.

21 yaşlı Ubilava çox keçmədən rəqabət halında olduqları "Suxumskilər" qruplaşması ilə üzləşməli olur. 2014-cü il oktyabrın 20-də Ubilava Moskavda yaşadığı məzildə 4 nəfərin hücumuna məruz qalır. Travmatik tapançadan açılan atəşlə qulağının bir hissəsini itirən Ubilava vəhşicəsinə döyülür.

Revaz Ubilava klassik "qanuni oğru"lardan fərqli olaraq aktiv şəkildə bizneslə məşğuldur və bundan başqa evlənib. 5 aydır "qanuni oğru" adını qazanan gürcü avtoritet Zaxari Kalaşovun (Şako Molodoy) İspaniyadan Rusiyaya geri dönməsindən sonra yaranan yeni situasiyada ona hücum təşkil edən "qanuni oğru" Merab Mzareluadan qisas almağı fikirləşir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm