Dubayın görünməyən tərəfləri FOTOLARDA
Bizi izləyin

Bilgi.az

Dubayın görünməyən tərəfləri FOTOLARDA

Birləşmiş Ərəb Əmirlikləri hər zaman hündür və dəbdəbəli binaları, insanların zəngin həyat tərzi sürmələri ilə gündəmdə olur.

Publika.az-ın məlumatına görə, İranlı fotorqaf Fərhad Berahman lüks və var-dövlət içindəki Dubayın bilinməyən tərəflərini çəkib.

Burada 50 dərəcə temperaturda işləyən xarici vətəndaşlar çox aşağı maaş alır. Fəhlələrin əksəriyyəti Şərqi Asiya ölkələrindən gələn miqrantlardır. Fəhlələr öz aralarında hündürmərtəbəli binaları və zənginliyinə görə, Birləşmiş Ərəb Əmirliklərinə "Sonapur" adı verib. Bu ad hind dilində ironik mənada "qızıl şəhər" deməkdir.

Dubayda 150 min fəhlənin işlədiyi güman edilir. Onların çoxu Hindistan, Pakistan, Banqladeş və Çindən gəlir. Bu şəhərə gələn kimi pasportları əllərindən alındığından onlar nə iş yerini dəyişə, nə də ölkədən gedə bilir.

Onlar gün ərzində 50 dərəcədən çox temperaturda 14 saat işləyir. Yayda turistlərin 5 dəqiqədən çox günəş altında qalması məsləhət görülmədiyi halda, işçilərin bu vəziyyətdə işləməsini görən yoxdur. Ölkədə işləyənlərin hüquqlarını qoruyan qanunlar olsa da, onlar tətbiq edilmir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm