Proqram zamanı qadın vəhşicəsinə döyüldü – FOTOLAR +VİDEO
Bizi izləyin

Bilgi.az

Proqram zamanı qadın vəhşicəsinə döyüldü – FOTOLAR +VİDEO

Rusiya telekanallarının birində insident yaşanıb. Televiziyada yayımlanan "Maşın şou" zamanı kişi iştirakçı qadın rəqibini yerə yıxaraq döyüb. Proqram zamanı kişinin qəfildən hücum etməsi nəticəsində bikinidə olan qadın ağız zədə alıb.

Video "YouTube"-a yüklənib və kişinin qəfil hücumu izləyicilər arasında dəhşətli anların yaşanmasına səbəb olub. Lakin proqrama tam başdan baxan insanlar onun hücuma təhrik olunduğunu bildirirlər.

Qeyd edək ki, həm xəsarət alan, həm də xəsarət yetirən şəxs maşını udmaq üçün avtomobilin ətrafında toplaşan 8 iştirakçıdan biri olub. Oyun qaydalarına görə, iştirakçı qalib gəlmək üçün əlini avtomobilin üstündə saxlamalıdır. Əlini maşından çəkən şəxs uduzmuş hesab olunur.

Bikinidə olan iştirakçı qadın isə əlində ayaqqabılarını tutaraq bir ısra hərəkətləri ilə rəqibini əsəbiləşdirib. Tamaşaçılar kişinin hərəkətini dəstəkləyiblər. Onlardan biri yazıb: "Qadın şouda olan hər kəslə düşmənçilik edirdi. Onların üzünə tüpürür, iştirakçıları lənətləyir və vururdu. Onu yerə yıxıb ağız-burnunu dağıdan kişinin isə səbir kasası son anda daşdı. Kişi qadını döyməzdən əvvəl dəfələrlə ondan özünü yığışdırmağı tələb etmişdi. Lakin qadın təhqirlərini dayandırmırdı".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm