• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

NASA Marsa ördək göndərəcək

  • Maraqlı
  • 5 Dekabr 2014 20:23
  • 464 Baxış
NASA Marsa ördək göndərəcək

ABŞ Marsa ilk dəfə adam aparacaq kosmik gəminin bu gün sınağını keçirəcək. Marsa 4 astronom göndərəcək. Publika.az-ın məlumatına görə, təxminən 20 ay davam edəcək Mars səfəri Orion kosmik gəmisində olacaq.

Uçuş dünənə planlaşdırılsa da, hava şəraitinin əlverişsiz olmasına görə, bu gün həyata keçiriləcək.

Bu günə qədər hazırlanan ən böyük raket olan Delta İV Heavy dünya ətrafında 4.5 saat yol qət etdikdən sonra Meksikanın Baja Kalofornuya əyalətinə enəcək. Orion saatda 32 min kilometr sürətlə atmosferə düşəndən sonra paraşütlərlə suya enəcək.

İlk uçuşda bir neçə test də reallaşdırılacaq. Amerikan Kosmos Agentliyi, əvvəlcə Ay missiyasında istifadə Apollo gəmisindən daha böyük və ağır olan Orionu kosmosa aparmaq üçün nəzərdə tutulmuş Delta IV raketlərinin göstəricilərini müəyyən edəcək. Orionun mərmidən vaxtında və problemsiz ayrılıb ayrılmadığı test ediləcək. Son olaraq da Mars kapsulasının dünyaya problemsiz necə geri qayıdacağı müşahidə ediləcək. İnsansız reallaşdırılacaq bu sınaqda Orionun içinə plastik bir ördək qoyulacaq.

Qeyd edək ki, NASA 2021-ci ildə ilk dəfə Marsa insan göndərəcək.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR