Marsla bağlı şok nəzəriyyə - FOTO
Bizi izləyin

Bilgi.az

Marsla bağlı şok nəzəriyyə - FOTO

Mars planetindəki həyata dair bu zamana qədər bir çox fərziyyələr irəli sürüldü. Lakin amerikalı fizik Dr. John Branderburgun ortaya atdığı nəzəriyyə, bəlkə də, ən qeyri-adisidir.

Publika.az-ın məlumatına görə, Branderburg Mars planetində bir zamanlar fərqli sivilizasiyaların yaşadığını, ancaq nüvə müharibəsi nəticəsində planetdə həyatın məhv olduğunu iddia edir.

Amerikalı fizikin nəzəriyyəsi bir çox adama qəbuledilməz görünsə də, məqalə "Journal of Cosmology and Astroparticle Physics" elm jurnalında çap olunub.

Branderburgun bu nəzəriyyəsi əslində Kosmosda fərqli sivilizasiyaların olduğuna dair ilk fərziyyəsi deyil. O, 20 il əvvəl də "Cydonia Fərziyyəsi" ilə Marsın Yer Kürəsi kimi yaşanıla biləcək bir yer olduğunu və daha əvvəl planetdə bəzi sivilizasiyaların yaşadığını irəli sürmüşdü. Dr. Branderburg, "Ölü Mars, Ölən Dünya" adlı kitabında, Qırmızı planetdə Cydonia və Utopia adında iki mədəniyyətin mövcud olduğunu iddia etmişdi.

Fizikaçı Branderburgun irəli sürdüyü yeni iddia isə planetdə nüvə müharibəsinin yaşandığına dair izlərin olduğunu ifadə edir. Məşhur elm insanı bu iddiasını sübut etmək üçün planetin atmosferindəki izotopların miqdarının dəyişməsini misal çəkir.

Marsın atmosferində Ksenon-129 adlı bir izotop elementin nisbətində ani bir artım yaşandığını söyləyən Branderburg, bu göstəricinin Dünya atmosferindən daha çox olduğunu , ancaq radioaktiv maddələrin parçalanmasıyla ortaya çıxa biləcəyini ifadə edərək planetdə qeyri-adi bir hadisənin baş verdiyini söyləyir.

Branderburg ayrıca olaraq Marsın atmosferində "Mars Odyssey" sondası tərəfindən yüksək miqdarda uran və torium elementi müəyyən edilməsinə də diqqət çəkir. Fizikin fikrincə, bu növdən bir fenomen ancaq Marsda keçmişdəki nüvə müharibəsinin yaşanmış olmasıyla açıqlana bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm