Diktatorların yemək zövqu: Adam ətindən zövq alanlar da olub
Bizi izləyin

Bilgi.az

Diktatorların yemək zövqu: Adam ətindən zövq alanlar da olub

Belə bir söz var: "Nə yeyirsənsə, osan". Bir də nə yemək və kimlərlə yemək məsələsi var.

"Yemək əhavalınızı, mədə-bağırsağınızı və dünyagörüşünüzü təsirləndirə bilər", - "Diktatorların şamı: Qəribə tiranların pis yemək zövqünə dair məlumatlar" kitabının müəllifləri Victoria Clark və Melissa Scott yazır.

Yemək-içmək, həmçinin qarın və qarınqululuq əsri olan zəmanəmizdə biz 20-ci əsrin ən pis diktatorlarına onların mətbəx tərəfini araşdıraraq nəzər yetirmişik. Onların insani tərəfinə diqqət çəkməklə cinayətlərini yumşaltmaq məqsədi güdmədən biz onlara sadəcə adi insan ölçüsündə baxmaq istəmişik. İnsan və div arsasındakı sərhəd isə doğrudan da çox nazik ola bilərmiş.

Bu da deyilməlidir ki, şər işlər və özündən müştəbehlik, habelə bunların yaratdığı fiziki quruluş, adət və vərdişlər hər hansı ərzaqın qəbulu ilə bağlı deyildir.

Koreya liderinin düyü sirri

Bir çox diktatorlar yaşa dolduqca yediklərinin təmizliyi barədə getdikcə daha çox vasvası olublar. Şimali Koreyanın lideri Kim Il-Sung-un yediyi aşın düyüləri yeganə funksiyası onun ömrünü uzatmaq olan institut tərəfindən bir-bir seçilib və yetişdilirib.

Rumıniya Kommunist Partiyasının rəhbəri Nicolae Ceausescu qonağı olduğu xarici liderləri özü ilə gəzdirdiyi yeməklərlə əsəbiləşdirərmiş. Onun Allah eləməmiş ağzına bərk nəsə getməməsi üçün tərəvəz şirəsini samanla içməkdə israr etməsi qonşu Yuqoslaviyanın lideri Titonu şoka salıbmış.

Bizim diktatorlarımızın əksəriyyəti fağır kəndli tayfasından olduqlarına görə, ən sevdikləri yeməklər də adətən elə həmin mühitə aid olub.

Krallara və səhnə ulduzlarına dəbdəbəli qonaqpərvərliyi ilə tanınan Titonun özü heç bir yeməyi bir dilim isti donuz piyinə dəyişməzmiş. Ceausescu isə evdə tək olanda ayaqlı, dimdikli bütöv toyuğun pörtləməsindən ləzzət alarmış.

Siyənək balığı Portuqaliya diktatoru, mömin katolik Antonio Salazarın yadına yoxsul uşaqlıq illərini salarmış və hətta balaca siyənəyi qardaşı ilə bölməsinin xiffətini çəkərmiş.

Bir sıra ən qəddar diktatorlar - Adolf Hitler, Mao Zedong və Benito Mussolini hesab edərmişlər ki, üzərlərinə düşən vəzifənin nəhəngliyindən doğan məsuliyyət onların həzm sisteminə zərbə vurur.

Qarın köpündən əziyyət çəkənlər

Hitlerin xronik qarın köpməsindən əziyyət çəkməsi bəlkə də onun vegetarianlığına səbəb olub. Hitler özünün türkəçarə həkimi Theodore Morrellin, bolqar qırqovulunun zığı da daxil olmaqla 28 müxtəlif dava-dərmanını müqavimətsiz qəbul edərmiş.

Digər tərəfdən qarnının köpməsi ilə məşhur olan Müəmmər Qəzzafi belə görünür, xəstəliyini çox da vecinə almırmış.

İkinci Dünya Müharibəsinin ortalarında Mussolinini müayinə edən nasist həkimlərdən biri onun qorxulu şəkildə qəbiz olduğunu söyləyib.

Mao Zedongun ayaqyolu problemi

Ətli xörəklərin məftunu Mao Zedong daim bağırsaqlarındakı hərəkətin şəhidi olmuşdu. Hələ cavan yaşlarında bir yoldaşına yazdığı məktubunda sevinclə qeyd edirdi: "Çox yeyirəm, çox da ayaqyoluna gedirəm".

Çox sonralar Moskvada Stalinlə görüşə gedəndə isə burada ayaqyolu problemi yaranmışdı. Moskvada onun adətincə çömbələ otura biləcəyi tualet yox idi.

Stalinin ziyafət işgəncəsi

Yoldaş Stalinin xarakteri yəqin ki, polad adı qədər möhkəm olub. Lakin Kuntsevo daçasında gürcü təamları ilə zəngin yemək saatları onun başqalarını dolamaqla əyləndiyi vaxt idi.

Axşam saat 11-dən səhər saat 5-ə qədər davam edən beş-altı saatlıq qonaqlıqlarda içki yarışlarında, mahnı oxuyub-rəqs etməkdə iştirak icbari olduğundan bu ziyafətlər başqaları üçün bir işgəncəyə çevrilərmiş.

Həddən ziyadə içki, iflic edən qorxu və qəddar zarafatlara tuş gəlməsi bir dəfə Nikita Xruşşov kimi yeyib-içən bir adamı lərzəyə gətirib sarsıtmışdı. Yoldaş Titonun sağlıqları bəzən öz pencəyinin qollarını qusub-batırması ilə müşaiyət olunarmış.

Ferdinand və Imelda Marcos Stalinlə müqayisədə bir qədər daha az qəddar hakimiyyət nümayişi edərmişlər. İmelda bir dəfə öz ərinin ad günü münasibətilə Filippinin ordusunun bütün ali komandanlığının qadın paltarları geyinməsini əmr etmişdi.

Deyilənlərə görə son dərəcə vasvası vegetarian olan Hitler yemək masası arxasında Ukrayna sallaqxanalarında çıxarılan hoqqalardan elə iyrənc şeylər danışarmış ki, onun ətyeyən qonaqlarının ödləri ağızlarına gələrmiş.

Adm əti yeyən diktator

Eşidəndə adamın tükləri biz-biz olur. Amma Cənubi Afrika Respublikasının başçısı Jean Bedel Bokassa, Uqanda diktataru, Amin və Ekvatorial Qvineyanın rəhbəri Francisco Nguemanın kannibalizmindən çox güclü şübhələr mövcuddur.

Biz əlbəttə, bu yazıda düyü ilə doldurulmuş və araq odunda qızardılmış insan şaqqasının reseptini verə bilməyəcəyik, lakin Bokassanın keçmiş aşpazı belə bir yemək hazırladığını yazır, hərçənd bişirlilən adamın cinsiyyətini xatırlamır.

Bütün dadabaxanlar öldürülüb

Xörək dadabaxanları bizim personajlarımızdan ən qəddarlarının və vasvasılarının həyatında əvəzedilməz funkasiya yerinə yetirir və yüksək qiymətləndirilirdilər. Bütün müharibə ərzində Hitlerin yanında 15 qadından ibarət dadabaxanlar komandası olarmış. Onların dadına baxdığı xörəklər, qadınlardan bu müddət ərzində ölən olmasa, yalnız 45 dəqiqədən sonra süfrəyə verilərmiş.

Səddam Hüseyn bir dəfə onun dadabaxanlarından birini öldürdüyünə görə şələşür oğlu Udayı döydürüb və həbsxanaya saldırıb. Rumıniya rəhbəri Nicolae Ceausescunu bütün səfərlərində, eyni zamanda həm də kimyaçı olan və yanında yeməyi yoxlayan xüsusi səyyar laboratoriya gəzdirən yüksək rütbəli təhlükəsizlik zabiti müşaiyət edərmiş.

Son nəticədə əlbəttə, dünyanın bütün dadabaxanları, kimyagərləri, vasvasılıq və hoqqabazlıqları bu adamları ölümdən qurtara bilməyib. Onların hamısı ölüb, çoxu da zorakı bir şəkildə.

Satsivini necə hazırlamalı?

Satsivi gürcü dilində soyutma deməkdir. Stalinin çox sevdiyi bu yemək süfrəyə otaq temperaturunda məzə kimi verilirmiş və çox da zəhmət istəyən xörəkdir.

Hazırlamaq üçün nə lazımdır?

1.5 kq toyuq əti

700 qram qoz

5 orta ölçüdə soğan

4 diş sarımsaq

2 xörək qaşığı ağ üzüm sirkəsi

1 xörək qaşığı quru keşniş

1 xörək qaşığı göy şəmbələ

1 xörək qaşığı yalnız yaxşı əczaxanalarda tapılan həmişəbahar

½ xörək qaşığı darçın

5 əzilmiş mixək dənəsi

Duz

Hazırlanması

Bir qazana 2 litr su doldurun və toyuğu içinə qoyun. Yarıqaynamış hala gətirin, sonra çıxarıb tavaya qoyun. Qazanın üzünə yığılmış yağla toyuğu yağlayın. Qaynamış suyu atmayın. Toyuğu 180 dərəcə istidə qızardın.

Qızarmış toyuğu porslara bölün.

Soğanı nazik doğrayıb, toyuq qaynatdığınız suyun yağında 6-7 dəqiqə qovurun. Sonra soğanı həvəng dəstədə yumşaq hala gətirin. Alınmış soğan pastasını qaynamış toyuq suyuna qarışdırın.

Qozu yaxşıca üyüdüb keşniş, şəmbələ, həmişəbahar, darçın və mixəklə qarışdırın.

Qırmızı acı bibəri, sarımsağı və duzu həvəngdəstədə yaxşıca əzib qarışdırın. Sonra alınmış qarışıqla üyüdülmüş qozu və sirkəni qatın.

Qalan qaynamış toyuq suyunu alınmış qarışığa əlavə edib həlim halına gətirin.

Alınmış həlimi altında ələk tutmaqla toyuğu qaynatdığınız qazana tökün.

Toyuğun hissələrini qarışığın üstünə töküb qaynadın.

Süfrəyə soyuq şəkildə verin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm