Dünyanın ən varlı pişiyi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən varlı pişiyi - FOTOLAR

"Grumpy Cat" (Hirsli pişik) ləqəbli Sous Tardar adlı pişik qeyri-adi görünüşünə görə internetdə məşhurluq qazanıb. Onun sahibi 2012-ci ildə ilk dəfə olaraq şəkillərini internetdə yerləşdirdikdən sonra qüsurlu sima ilə doğulmuş pişik məşhurlaşmağa başlayıb. Pişik hətta o qədər məşhurlaşıb ki, bir sıra kitab müəlliflərini də maraqlandırıb.

Pişiyin YouTube-da yerləşdirilmiş videosuna 15,7 milyon baxış olub və o, sahibinə Nikol Kidman, Kemeron Diaz və Metyu Makkonahi kimi Hollivud aktyorlarından çox pul qazandırıb. "Grumpy Cat" 2 il müddətində 15 milyon dollar qazanıb. ABŞ-da yaşayan pişiyin sahibi bildirib ki, qəzəbli simasına görə ona olan maraq gündən-günə artıq.

Onun "Instagram"-da 521 min, "Twitter"-də isə 255 min izləyicisi var.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm