Bu ilin ixtiraları – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bu ilin ixtiraları – FOTOLAR

Texniki inkişaf hər gün davam edir. İnsan cəmiyyəti yaranan gündən inkişaf dayanmır.

"Time" jurnalı bu ilin ən əhəmiyyətli ixtiralarının siyahısını hazırlayıb. Publika.az bitməkdə olan ilin yeddi vacib ixtirasını təqdim edir.

Uçan skeytbord

Uçan xalça rolunu oynayan xalça-təyyarə Kaliforniyanın "Hendo" firması tərəfindən ixtira edilib. O, havadan cəmi 3 santimetr yuxarı qalxa bilir. İndiyədək 10 ədəd uçan skeytbord hazırlanıb. Lövhəciyin batareyası enerjini 15 dəqiqə saxlayır.

Hindlilərin ağıllı kosmik gəmisi

Sentyabrın 24-də Hindistanın planetlərarası kosmik stansiyası Marsın orbitinə daxil olub. Bu, indiyədək heç bir Asiya dövlətinin edə bilmədiyi bir addım idi. Kosmik gəminin tikintisi üçün Hindistan 74 milyon dollar sərf edib.

Elektrik enerjisinin simsiz ötürülməsi

Evimizdə simsiz internet və telefon var. Bəs nəyə görə indiyədək ev avadanlıqlarını cərəyana qoşmaqla istifadə edirik?

Massaçusets ştatında "WiTricity" texniki şirkətin hazırladığı xüsusi qurğu 2,4 metr məsafədə maqnit sahəsi yaradır. Şirkət direktorunun sözlərinə görə, 10 ildən sonra soyuducu, televizor, musiqi mərkəzi simsiz işləyə biləcək.

"Ağıllı saat"

"Apple" şirkətinə məxsus kompüter qola taxılır. Saat vaxtı göstərmək funksiyasını yerinə yetirir, bundan başqa, onunla icmarıc göndərmək, səhhətin qeydinə qalmaq, ödənişləri həyata keçirtmək olur.

Kompüteri əvəzləyən planşet

"Microsoft" şirkətinə məxsus avadanlıq noutbuk və planşetin hibrididir.

Vacib məlumatlardan xəbər verən üzük

Kristina Merkado adlı işgüzar qadın vacib məlumatlardan xəbər verən "Ringly" adlı üzük hazırlayıb. Üzük sahibinə elektron poçt gəldikdə vibrasiya verir. Üzük Kristinaya 1 milyon dollar qazandırıb. "Ringly" üzüklərinin birinci partiyası 24 saat ərzində satılıb.

"Selfie" üçün çubuq

2014-cü il "selfie"-nin mədəni fenomenə çevrildiyi ildir. Bundan gəlir əldə etmək istəyən bir sıra şirkətlər "selfie" çəkdirməyi asanlaşdırmaq üçün çubuq icad edib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm