• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Oğluna görə hər gün döyülən ata – FOTOLAR

  • Maraqlı
  • 8 Dekabr 2014 14:56
  • 965 Baxış
Oğluna görə hər gün döyülən ata – FOTOLAR

Çində ata leykemiya xəstəliyinə tutulan oğlunun müalicəsi üçün pul qazanmağın yolunu tapıb. O, Pekin küçələrinin birində canlı hədəf rolunu oynayır. Yoldan keçənlər 10 yuan (1,6 dollar) pul ödəməklə onu yumruqlaya bilərlər.

Onu ilk dəfə Pekin küçələrində hələ noyabrda görüblər. Çinli atanın əyninə geyindiyi maykanın üzərində yazılıb: "Canlı yumruq kisəsi, hər yumruq – 10 yuan". Onun qarşısında isə oğlunun həqiqətən də leykoz xəstəsi olduğunu sübut edən xəstəxana kağızı olub.

Kişinin qəribə metodu tezliklə ölkə mediasında da işıqlandırılıb. Məlumat televiziyada yayımlandıqdan sonra kişinin əsl adının Si Jun olması məlum olub. Onun 2 yaşlı oğlu Quo Quoya iyul ayında leykemiya diaqnozu qoyulub. Quo Quoya Pekin xəstəxanalarının birində sümük iliyi transplantasiya olunmalıdır. Ailənin isə 700 min yuanı yoxdur. Buna görə də ata oğluna kömək etmək üçün belə bir yola əl atıb.

Si Jun əvvəlcə küçələrdə dilənməyi düşünüb. Lakin insanların onu dələduz hesab edəcəklərindən qorxaraq fikrindən dönüb. Ona görə də, Si Jun oğlunun həyatını xilas etmək üçün daha radikal yola əl atıb - insanlar üçün "boks armudunu" əvəz etməyə razılışıb.

Onun həyat hekayəsi televiziyada yayımlandıqdan sonra Si Juna və oğluna yardım etmək istəyən insanların sayı daha da artıb. O deyib: "Oğlumu görmək üçün hər gün insanlar axışır. Bəzən olur ki, bir gün ərzində 20 insan gəlir. Mənim telefonum isə insanların zəngindən enerjisini saxlaya da bilmir".

O, insanların yardımı nəticəsində 800 min yuan pul toplaya bilib.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR