• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kişilər haqda maraqlı faktlar

  • Maraqlı
  • 9 Dekabr 2014 09:38
  • 591 Baxış
Kişilər haqda maraqlı faktlar

Yəqin, "Kişilərin Marsdan, qadınların isə Veneradan" olması haqda deyimi tez-tez eşitmisiniz. Həqiqətən də, kişilər və qadınlar arasında fərq böyük olur. Ona görə də kişilər haqda olan bir sıra maraqlı faktları qeyd edirik.

Kişilərin yanında qadın olduqda daha rahatlıqla yuxuya gedə bilir. Qadınlar üçün isə əksinə, bu, narahat gecə hesab olunur.

Qadın "yox" dedikdə, kişilər bunu "bir daha cəhd et!" kimi eşidir.

Kişilərin beyninin daha çox "məntiqi" hissəsi yaxşı inkişaf edib, nəinki "yaradıcılıq". Ona görə də kişilər çox vaxt emosional nitqi qavraya bilmir. Daha sakit danışmaqla kişilər həmin nitqi anlayacaq.

Statistik hesablamalara görə, kişilər qadınlardan 6 dəfə çox ildırım vurmasına məruz qalır.

Solaxay kişilərin sayı solaxay qadınların sayından 3 dəfə çoxdur.

Kişilər qadınlardan daha çox gülür. Kişilərin əksəriyyətində uzunmüddətli münasibətlərə qədər 4-6 sevgilisi olur (özləri isə 50-100 sevgilisinin olmasını dostlarına deyərək fəxr edir).

Görüş zamanı qadınların təşəbbüs göstərməsinə kişilərin 62 faizi dəstək verir.

Bütün kişilər söhbətin nədən gedəcəyindən asılı olmayaraq, "Biz danışmalıyıq" kəlməsini sevmir.

Kişilərin əksəriyyəti mağazaları sevmir.

Əgər kişi şam yeməyini hazırlayıbsa, demək, qadına qarşı ciddi fikirdədir.

Kişilərin 30 faizi keçmiş sevgililərinin nömrəsini telefondan silmir.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR