Məşhur reper arvadını və özünü öldürdü – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Məşhur reper arvadını və özünü öldürdü – FOTOLAR

Los-Ancelesin çoxmənzilli evlərinin birində teleaktrisa Stefani Mozli və onun əri, reper Erl Heyesin meyiti aşkar edilib.

İlkin versiyaya görə, Heyes arvadını odlu silahla qətlə yetirdikdən sonra intihar edib. Evdə baş verən mübahisə və qışqırıq səslərindən sonra onların qonşusu polisə müraciət edib.

Xarici mətbuatın verdiyi məlumata görə, Heyes arvadı Mozlini xəyanətdə günahlandırıb. Hadisənin də qısqanclıq zəmində baş verməsi ehtimal olunur.

Stefani Mozli rəqqasə kimi Beyons, Rihanna və Brtini Spirsin komandasında yer alıb. Son vaxtar isə o, "Hit the Floor" televiziya serialında çəkilirmiş. Erl Heyes isə musiqiçi və "The Money Team" geyim və aksesuarlarının təsisçisi idi.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm