Barış Manço Heydər Əliyevə: “ABŞ-da doğulsaydınız...” - Video
Bizi izləyin

Bilgi.az

Barış Manço Heydər Əliyevə: “ABŞ-da doğulsaydınız...” - Video

"Amerikada doğulmuş olsaydınız, çox böyük ehtimalla bu gün Ağ Evdə prezident siz olardınız".

1996-cı ilin aprelində Türkiyənin məşhur müğənnisi və TRT kanalının aparıcısı Barış Manço Heydər Əliyevdən müsahibə almaq üçün Bakıya gəlir.

Çəkiliş qrupunu Heydər Əliyev və ailəsi qarşılayır.

Barış Manço söhbət əsnasında Heydər Əliyevə bu sözləri deyir:

"Amerikada doğulmuş olsaydınız, çox böyük ehtimalla, bu gün Ağ Evdə prezident siz olardınız".

Müsahibənin irəliləyən dəqiqələrində Heydər Əliyev Azərbaycanın işğal olunmuş torpaqlarından, həyat yoldaşı Zərifə Əliyevanın cehiz kimi pianino gətirməsindən, o dövrdə Azərbaycan mediasının durumundan söhbət açır.

Sonda isə Heydər Əliyev və Barış Manço birlikdə bilyard oynayırlar.

Axar.az Heydər Əliyevin anım günü ərəfəsində Barış Mançonun mərhum prezidentlə müsahibəsini təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm