Vatikanın lənətlədiyi yeni din: “Müqəddəs ölüm" – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Vatikanın lənətlədiyi yeni din: “Müqəddəs ölüm" – FOTOLAR

Bəzi mütəxəssislərin verdiyi məlumata görə, ABŞ və Meksika ərazisində Santa Muerte (Müqəddəs Ölüm) adlı din sürətlə yayılmaqdadır.

Din Meksikada yaşayan aborigen (əsasən astek və mayya) mifologiyasından olan elementlərin katolik dini ilə qarışığından yaranıb. Geniş yayılmaqda din Meksikada kriminal hadisələrin artmasından sonra yayılıb. Məsələ burasındadır ki, ölkədə narkotik dilerləri arasında gedən mübarizədə canilər bir ayaqqabıya görə insanı həyatından məhrum edə bilər.

Ölümdən yaxa qurtarmaq üçün insanlar evlərinə sığınaraq, sağ qalmaq üçün dua edir və sülh şəraitində mühakiməsiz ölməyi arzulayırlar. Sakinlər Müqəddəs Məryəm cildində insan skeletinə bənzər və ölümü tərənnüm edən heykələ dua etməyə başlayırlar. Santa Muerte – Müqəddəs ölüm və ya Ölüm Qadını adını daşıyan bu dini ayin Buenos Ayresdən Yaponiya və Avstraliyaya kimi yayılıb. Müasir dinin artıq 10 milyon ardıcılı var.

Müasir dinin ayrılmaz ayinlərindən biri də eksorsizm – şeytanı qovmadır. Bu ayinin köməkliyi ilə insan daxilindəki qüssədən və digər neqativ hisslərdən azad olur, qəlb təmizlənir. Ekzorsizm zamanı göyərçin və ev heyvanları da qurban verilir.

Din ardıcıllarından biri deyib: "Santa Muerte heykəli şər və xeyir arasında fərq qoymur. O, sizin bütün xahişlərinizi yerinə yetirir. Bunun əvəzində ona nəsə qurban verməlisiniz. Sizin istəyiniz tamamilə sizdən – verəcəyiniz qurbanlardan asılıdır. Əgər siz dünyada hər şeydən çox tekilanı sevirsinizsə, o zaman onu qurban verməlisiniz. Lakin bu zaman çox ehtiyatlı olmalısınız. Əgər siz ondan istədiyinizi alsanız və əvəzində ona söz verdiyinizi verməsəniz, o, sizin həyatı məhv edəcək və hər şeyinizi əlinizdən alacaq".

Bu dinə inananlar rahibə geyimli skeletin heykəli qarşısına pul, siqaret və tekila qoyurlar.

Vatikan isə bu dini ayinləri küfr adlandırıb. Katolik keşişi bu din haqda deyib: "Əgər keçirilən ayinlər insanları Tanrıya bağlayan yol olsa belə, burada cadugərlikdən və qara magiyadan istifadə olunur".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm