• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Unitaza atılan körpə xilas edildi – FOTOLAR

  • Maraqlı
  • 10 Dekabr 2014 16:55
  • 724 Baxış
Unitaza atılan körpə xilas edildi – FOTOLAR

Çinin qəza-xilasedici xidmətinin əməkdaşları kanalizasiya borusundan körpə uşağı xilas ediblər. Sən demə, anası onu dünyaya gətirdikdən sonra unitaza ataraq suyu çəkib. Xoşbəxtlikdən, körpə kanalizasiya borusuna düşən kimi xilas edilib.

Hadisə Çinin şimal-qərbində yerləşən Şensi əyalətində baş verib. Yoldan keçənlər kanalizasiya sistemindən gələn qışqırıq səslərini eşidərək xilasedici xidməti çağırıblar.

Azyaşlı körpəni kanalizasiyadan çıxartmaq asan olmayıb: yanğınsöndürmə komandası körpənin metal konstruksiyaya dəyib xəsarət almaması üçün əlindən gələni edib. Hadisə yerinə gələn tibb işçiləri bildirib ki, körpə oğlan dünyaya gələn kimi anası tərəfindən unitaza atılıb. Onun heç göbəyi kəsilməyib. Hazırda körpə xəstəxanadadır. Onun səhhəti ilə bağlı heç bir problem yoxdur.

Çin polisi körpənin anasını axtarışa verib. Ehtiyac olarsa, qadına əvvəlcə tibbi yardım göstəriləcək. Bundan sonra o, körpə ölümünə cəhd maddəsi ilə ittiham olunacaq.

Yəqin, ananın bu addıma əl atmasına demoqrafiya sahəsində Çin qanunları səbəb olub. Qeyd edək ki, əhalinin artması ilə mübarizə aparan hökumət "Bir ailə-bir uşaq" proqramını yürüdür. Bu qanunla bağlı təşəbbüslər 1979-cu ildən başlayıb. O zaman ailədə 5-6 uşaq olardı. İndi ailədə 2-ci uşaq doğularsa, valideynlər cərimə ödəməli olur.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR