2014-cü il selfie ili elan olundu - FOTO
Bizi izləyin

Bilgi.az

2014-cü il selfie ili elan olundu - FOTO

Tvitter 2014-cü ili selfie ili elan edib.

Publika.az xəbər verir ki, Azərbaycanda aprelin 8-də Prezident İlham Əliyev Naxçıvanda səfərdə ikən xarici ölkələrin səfirləri ilə selfie çəkdirəndə sosial mediada geniş müzakirə olunmuşdu.

Amerikalı teleaparıcı Ellen DeGeneresin Oscar mükafatlarından paylaşdığı selfie isə üç milyon dəfədən çox paylaşılanda Twitterdə rekordları yeniləmişdi.

"Selfie" termini mikrobloq saytında 92 milyon dəfə istifadə olunub. Bu isə keçən ilə nisbətən 12 qat artım təşkil edir.

Twitter üçün 2014-cü ilin ən böyük hadisəsi Dünya Çempionatı olub. Braziliyada keçirilən tədbirlə bağlı 672 milyon tvit göndərilib.

Dünya Çempionatı həmçinin Facebook-un "ilin trendləri" siyahısına da düşüb.

Facebook-un siyahısında ikinci yeri Ebola epidemiyası tutub. Baxmayaraq ki, Qərbi Afrikada müzakirələrin böyük hissəsi Facebook kimi açıq platformalarda deyil, çat tətbiqlərində baş verir.

Braziliyada keçirilən seçkilər, "ice bucket challenge" xeyriyyə təşəbbüsü və Qəzzadakı münaqişə həmçinin ilk 10-luqda yer alıb.

Amma qlobal baxımdan ən böyük trend, selfie-dir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm