Bakıda “Formula-1“avtomobillərinin möhtəşəm şousu...
Bizi izləyin

Bilgi.az

Bakıda “Formula-1“avtomobillərinin möhtəşəm şousu...

Publika.Az xəbər verir ki, "Red Bull Racing" komandası ötən gün Neftçilər prospektində Bakı sakinləri üçün möhtəşəm şou nümayiş etdirdi.

Komandanın hazırkı dünya çempionu Devid Kulthardın liderliyi keçirilən şounun əsas hissəsi Xalça Muzeyinin qarşısında başladı.

Bütünü prospekt boyunca düzülmüş təxminən 20 minə yaxın Bakı sakini "Formula-1" avtomobillərinin inanılmaz sürətini öz gözləri ilə seyr etdilər.

Saat 17:30-da başlayan tədbirdə əvvəlcə Gürcüstandan və Ukraynadan gələn pilotlar öz bolidləri ilə yolda müxtəlif nömrələr göstərdi. Daha sonra isə Devid Kulthard hamının səbirsizliklə gözlədiyi məqama start verdi.

Devid Kulthard saatda 340 km sürət yığmaq iqtidarında olan möhtəşəm bolidinə əyləşən kimi avtomobilin mühərrikindən çıxan səs az qaldı qulaqları kar eləsin. Yol boyu düzülən insanlar əllərində telefon və kameralarla bu möhtəşəm dəqiqələri çəkmək istəsə də Devid Kulthardın bolidi o qədər sürətlə keçirdi ki, onu lentə almaq mümkün olmurdu.

Şounun "baş qəhrəmanı" olan "RB7" bolidi haqqında qeyd etmək olar ki, bu bolid "Formula-1" yarışlarının ən sürətlilərindən hesab olunur. 750 at gücünə malik "RB7" bolidi 0-dan 100 km/saat sürət yığmaq üçün cəmi 2,5 saniyə sərf edir. 12 saniyəyə isə 300 km/saat sürət yığır.

Devid Kulthard öz bolidi ilə saatda 252 km sürət yığmaqla bir rekord qırdı və bu rekordu Bakı sakinləri də seyr etdi.

Şouda ümumilikdə 5 yarış bolidinin hər biri 3 dəfə Neftçilər prospektində öz xüsusi nömrələri ilə çıxış etdilər.

"Formula-1"çempionu Devid Kulthard şounun sonunda "İnfiniti"maşınının arxasında əyləşərək əlində Azərbaycan bayrağı ilə yol boyunca dayanan bütün izləyicilərin qarşısından keçdi.

Bakıda təşkil edilən möhtəşəm şou Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Cahan Holdinq, Bakcell, Casio, VMF və Infiniti-nin təşkilatçılığı ilə keçirilib.

Səid

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm