• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Kəndə aparan “səma yolu” – FOTOLAR

  • Maraqlı
  • 11 Dekabr 2014 13:55
  • 573 Baxış
Kəndə aparan “səma yolu” – FOTOLAR

Çin mətbuatı Xubey əyalətində yerləşən Yuşan kəndinin sakinlərini normal yol ilə təmin etməyən yerli icra hakimiyyətinə hiddətlənib. İş ondadır ki, yerli sakinlər "böyük torpağa" çıxmaq üçün dərə üzərindən keçən kanat yolu ilə balaca bir qəfəsin içində getməli və ya 2 gün piyada yol getməklə dərənin ətrafında dolanmalıdırlar.

1X1 metr ölçülü dəmir səbət artıq 17 ildir ki 480 metr hündürlükdəki dərə üzərindən keçir. Onun içərisinə həm uşaqlar, həm də böyüklər yerləşir. Məhz bu dəmir qəfəs yolu ilə kəndə lazımi azuqələr daşınır. Balıqçı kəndi yaxın şəhərdən 150 kilometr uzaqlıqda yerləşir. Kənd üç tərəfdən qaya və dərin yarğanlarla əhatələnib.

Yuşan kəndinə aparan "səma yolu" ilk dəfə deyil ki, mətbuatın diqqətini çəkib. Hələ 2012-ci ildə Britaniyanın "The Daily Mail" qəzeti bu haqda yazıb. 1996-cı ildən tikilən kanat yolunun təminatı ilə Çan Sintizyan adlı sakin məşğul olur. Həftədə bir dəfə o, kanata baxış keçirir, onu yağlayır və mexanizmin işinə nəzarət edir. Ən pisi isə odur ki, kanat yolu ilə ondan başqa kimsə məşğul olmur. Əvvəllər Çana qardaşı və atası da kömək edərdi. İndi isə bu əziyyətli işi o, tək yerinə yetirir.

Dərənin 1 kilometrədək eni var. Əgər kanat yolunun dizel mühərriki sıradan çıxarsa, o zaman insanlar hündürlükdə asılı qala bilərlər. İnsanların xilas edilməsi isə xeyli vaxt və zəhmət tələb edəcək.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR