101 yaşlı keçmiş əsir: “Kamerada qaz kəsildiyi üçün sağ qaldım” – FOTOLAR
Bizi izləyin

Bilgi.az

101 yaşlı keçmiş əsir: “Kamerada qaz kəsildiyi üçün sağ qaldım” – FOTOLAR

Yəhudi əsilli 100 yaşlı Klara Markus II Dünya Müharibəsi zamanı nasistlərin yaratdığı Auşvits həbs düşərgəsindən sağ qalmış bəxtigətirənlərdəndir.

Daha dəqiq desək, İkinci Dünya Müharibəsi bitənədək Klara Markus düz 3 dəfə həbs düşərgəsi dəyişib. Rumıniyanın Maramureş regionundan olan Klara Auşvitsə göndərilənə qədər Daxau və Ravensburyuk həbs düşərgələrində olub. Klara orada təsadüfən sağ qalıb: Auşvits ölüm düşərgəsində nasistlərin qazı kəsilib və o, ölümdən qurtara bilib. Qeyd edək ki, həbs düşərgəsində yəhudilər qazla öldürülürdi.

Klara Şonqut 1913-cü ildə doğulub. 1942-ci ilin avqustunda Macarıstanın Budapeşt şəhərində yəhudi gettosuna göndərilərək, çətir zavodunda işləyib. Klara deyib: "Mənim anam və bacılarım dərhal Auşvitsə göndərildi. Mən onları bir daha görmədim. SS üzvlərindən onların taleyi haqda soruşduqda mənə qısaca olaraq: "bəlkə, sən onları kül və tüstünün arasında axtarasan", -deyərək gülərdilər".

Klara daha iki il Budapeştdə qaldıqdan sonra nasistlər şəhərdəki bütün yəhudilərin həbs düşərgəsinə göndərilmə əmrini verir.

Klara bir aydan sonra Daxau düşərgəsinə çatır. Lakin bir həftədən sonra o, Ravensburyuk qadın düşərgəsinə, sonra isə Klara ölüm düşərgəsi adını almış Auşvitsə göndərilir. O deyib: "Mən Almaniya ərazisində olan bütün düşərgələrə göndərilirdim. Bütün yerlərdə şərait və vəziyyət eyni cür idi. Mən ağlayaraq yatardım, anam və bacılarım üçün darıxardım. Aclıqla barışmışdım, lakin qəlbimdəki ağrı ilə barışa bilmirdim. Hər gün biz alçaldılır və döyülürdük. Ətrafım ölüm və çirklə əhatələnmişdi".

1945-ci il yanvarında Auşvits azad edilib boşaldılana qədər çəkisi 32 kiloqram olan 30 yaşlı Klara qaz kamerasına göndərilir.

O deyib: "Öldürüləcəyimiz gün böyük bir qadın qrupunun içində idim. Hamımız qaz kamerasına göndərilməyə hazırlaşırdıq. Bizi kameraya salıb qazı işə saldılar və... Məlum oldu ki, qaz kəsilib. Nəzarətçilərdən biri zarafatca bəxtimizin gətirdiyini dedi. Çünki həmin günü bizə qədər bir çox insan qazla zəhərləndirilmişdi və bizə qaz çatmamışdı. Əminliklə deyə bilərəm ki, o vaxt Allah mənim yanımda idi".

Klara düşərgədən qaçmaqla heç nə itirməyəcəyini anlayır və oradan qaçır. Rumıniyaya qayıtdıqda bütün ailəsinin müharibədə həlak olduğundan xəbər tutur. Sonra isə Klara gələcək əri Andery Markusla tanış olur. Hazırda isə 2 uşaq anası olan Klara Markus 101 yaşını qeyd etməyə hazırlaşır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm