• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Yarıçılpaq qadın qalmaqal yaratdı – FOTO

  • Maraqlı
  • 11 Dekabr 2014 18:47
  • 1 062 Baxış
Yarıçılpaq qadın qalmaqal yaratdı – FOTO

Əfqanıstanın Kabil şəhərində niqabsız və ayaqları çöldə qalan qadın yoldan keçənlərin heyrətinə səbəb olub. Bundan əlavə, naməlum qadın ölkə mollalarını da ayağa qaldırıb.

Qadının fotosunu çəkən kişi deyib: "Onu görəndə şoka düşdüm. Ölkədə heç zaman belə bir geyimli qadına rast gəlmədiyim üçün bu tarixi anı çəkməli idim. Mən onunla söhbət etməyə çalışdım, lakin qadın mənimlə danışmadan uzaqlaşdı".

Qadının fotosunu çəkən kişi bu şəkli "Facebook" səhifəsində paylaşıb. Bundan sonra foto ilə bağlı mübahisələr başlayıb.

Əfqanıstan sakinlərindən biri isə yazıb: "Əhsən o qadına. Bu, onun bədənidir və istədiyini edə bilər. O gərək bizim ölkənin digər qadınlarına da nümunə olsun".

Digərləri isə, əksinə, qadının hərəkətini pisləyərək deyib: "Biz müsəlman ölkəsində yaşayırıq və onun kimi insanları ölkədə görmək istəməzdim".

Qadın Kabil küçələrində ən çox müzakirə olunan mövzuya çevrilir. Bəziləri onun psixi xəstə olduğunu düşünür, bəziləri isə bunu etiraz əlaməti hesab edirlər.

Qeyd edək ki, Əfqanıstanda qadınlar çox ciddi geyimdə olmalıdır. Taliban rejiminin qoyduğu qaydalara görə, əfqan qadınları niqabdan çıxa bilməz.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR