Dünənki naməlum obyekt olayının qorxulu məqamları - VİDEO
Bizi izləyin

Bilgi.az

Dünənki naməlum obyekt olayının qorxulu məqamları - VİDEO

Ötən gün ölkə səmasında müşahidə edilən naməlum obyekt insanlar arasında ciddi narahatlıq və təşviş yaratdı. Bəziləri bunu UNO adlandırdı, bəziləri isə müharibənin başlanması kimi qiymətləndirdi.

Rusiya hökumətindən gələn açıqlamalar isə insanların narahatlığını bir az da artırdı. Rəsmi Moskva bəyan etdi ki, Həştərxan vilayətindəki "Kapustin Yar" poliqonunda "Topol" qitələrarası ballistik raketin sınağı keçirilib. Çoxlarının UNO saydıqları obyekt isə həmin ballistik raket olub. Sınaq uğurlu alınıb və Qazaxıstandakı şərti hədəf vurulub.

Bəs Rusiyanın bu açıqlaması həqiqətə uyğundurmu? Yoxsa Azərbaycanla yanaşı, dünyanın bir sıra ölkəsində də görünən naməlum obyekt UNO-mu olub?

Hərbi Jurnalistlər İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Publika.Az-a açıqlamasında bildirdi ki, ötən gün yaşanan hadisələr cəmiyyətdə müxtəlif narahatlıqlar yaradıb:

"Bu Rusiyanın keçirdiyi raket sınağından başqa bir şey deyildi. Lakin burada qəbul olunmayan məsələ odur ki, adətən bu cür sınaqlar həyata keçirilərkən qonşu dövlətlərlə razılaşdırılır, məlumatlandırılır. Çünki sınaq həyata keçirilən zaman trayektoriyada hər hansı sərnişin təyyarəsinin, hərbi aviasiyanın uçuşu həyata keçirilməməlidir. Lakin

Rusiyanın "Topol" ballestik raketinin sınağını keçirəcəyi ilə bağlı Azərbaycan əhalisinin xəbəri yox idi, bu da haqlı narahatlığa səbəb oldu. Düzdür, Rusiyanın müdafiə nazirliyinin nümayəndəsi Vadim Kovol bu faktı təsdiqlədi, məlumat verdi, lakin açıqlama artıq gec idi. Dəqiq məlumatın olmaması insanlarda müharibənin başlanması kimi düşüncələr də yaratdı. Ona görə də Rusiya əvvəlcədən bu barədə məlumat verməli idi. Ölkə rəsmilərinin belə bir məlumatın verilməsi ilə bağlı heç bir açıqlama yaymamaları isə onların da məsələdən xəbərsiz olmaları düşüncəsini yaratdı".

Ü.Cəfərov bir neçə il əvvəl Ukrayna ərazisində yaşanan eyni hadisə zamanı yüzlərlə insanın dünyasını dəyişdiyini xatırladaraq, reketin hansı təhlükələr yarada biləcəyindən də danışdı:

"Həmin ərəfədə, havada hər hansı bir təyyarə olsaydı, çox böyük faciə yaşana bilərdi. Raket paytaxt səması üzərində olarkən sıradan çıxa və hər hansı bir yaşayış obyektinə, minlərlə əhaliyə zərər vura bilərdi. Təsəvvür edin, hansısa su anbarına düşsəydi, suyun hündürlüyü 11 metrə qədər qalxardı. Bu paytaxtın böyük bir hissəsi üçün çox önəmli problemlər yaradardı. Bu sıradan məsələ deyil, hətta bu cür raketlər ölkələrarası münasibətlərin pozulmasına da səbəb ola bilər".

Üzeyr Cəfərovun fikrincə, bunu Rusiyanın hansısa ölkəni qorxutması kimi qəbul etmək düzgün deyil:

"Onsuz da ölkələr Rusiyanın gücündən, imkanlarından xəbərdardır. Bu zamana qədər dəfələrlə belə sınaqlar keçirilib. Ancaq adətən bu cür sınaqlar gündüzlər olurdu və okeanlarda keçirilirdi. Məncə, sınağın bu dəfə gecə həyata keçirilməsi dəqiqliyi yoxlamaq üçün idi".

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları da ötən gün paytaxt səmasında görünən obyektin raket olduğunu bildirdilər:

"Ötən gecə görünən obyekti UNO kimi qəbul etmək düzgün deyil. Bu sadəcə raketin yaratdığı görüntülərdir. Bu sınağın insanların səhhətinə heç bir mənfi təsiri yoxdur".

<iframe width="854" height="510" src="//www.youtube.com/embed/EU-WwQsOSb8" frameborder="0" allowfullscreen></iframe>

Kifayət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm