41 nəfəri öldürən qatil: “Adam öldürməyəndə əsəbi olurdum”
Bizi izləyin

Bilgi.az

41 nəfəri öldürən qatil: “Adam öldürməyəndə əsəbi olurdum”

Braziliyada 40 insanı qətlə yetirən kişi törətdiyi əməlləri çox sakitliklə polisə etiraf etməli olub. 26 yaşlı Sailson Xose das Qraçasın polisə verdiyi məlumata görə, bir qadını 1 ay ərzində "öyrəndikdən sonra ondan öz məqsədi üçün istifadə edib".

Qadını ölümcül bıçaqlayan qatil həbs edildikdən sonra ümumilikdə 41 kişi, qadın və uşağı qətlə yetirdiyini etiraf edib.

O, Rio-de-Janeyronun ucqar ərazilərinin birində 9 il ərzində 37 qadın, 2 kişi və 2 yaşlı uşağı qətlə yetirib.

O, polisə deyib: "Qurbanımı pusduqdan sonra onu öyrənməyə başlayırdım. Yerindən asılı olaraq mən 1 ay, bəzən isə 1 həftə gözləməli olurudum. Mən onun harada yaşadığını öyrənir, ailəsi haqda məlumat toplayırdım. O, küçə ilə gedərkən izləyər, evinə baxardım".

Onu sonuncu qurbanını qətlə yetirərkən iş başında yaxalayıblar. Polis bölməsindən məlumat verilib: "O, daha çox qadınları qətlə yetirməyə meyilli idi. Maraqlısı odur ki, o, heç zaman qaradərili qadınları qətlə yetirməzdi, qurbanları yalnız ağdərili qadınlar idi. O, qurbanını izləyər və qətlə yetirməzdən əvvəl onu addım-addım öyrənərdi".

Qatil Qraçiasın sözlərinə görə, adam öldürmək onun əsəblərini sakitləşdirirmiş. O deyib: "Mən adam öldürməyəndə əsəbi olurdum. Əsəbimdən evdə ora-bura var-gəl edərdim. Adam qətlə yetirən kimi sakitləşirəm. Bundan sonra 2 ay adam öldürmədən yaşaya bilirəm. Bir müddət keçəndən sonra bu haqda düşündükdə yenidən adan öldürmək istəyim baş qaldırır və mən ova çıxıram.

Qətl törətdikdən sonra həbsə düşəcəyimdən narahatlıq keçirmirəm. Hər şeyi qaydası üzrə edirəm, çünki həqiqətən də, bundan həzz alıram. Məni daha çox barmaq izləri və ya qətl baş verəcək yerdə nəzarət kameralarının olması narahat edir. Mən özümlə heç bir sənəd götürmədiyim üçün polisə kimliyimlə bağlı heç bir ipucu vermirəm".

Qraças 2 yaşlı uşağı nəyə görə qətlə yetirməsinə də aydınlıq gətirib. Uşaq anasının öldürüldüyünü görəndə ağlayıb. Qonşuların səsə oyana biləcəyini düşünən Qraças azyaşlı uşağı da qətlə yetirməli olub.

Onun adam öldürməyə marağı yeniyetməlik yaşlarından baş qaldırıb. Qraças deyib: "Əvvəlcə xırda əşyalar oğurlamaqla məşğul olurdum. Böyüdükcə ağlıma daha başqa fikirlər gəldi. Mənim fikirlərim getdikcə inkişaf etməyə başladı, anlayırsınız? Oğurluqdan adam öldürməyə keçdim. 15 yaşımda çanta oğurlayırdım. 17 yaşımda isə ilk dəfə olaraq adam öldürdüm.

Qətlə yetirdiyim ilk qadının ölümü mənə adrenalin verdi. Və mən ilk dəfə olaraq həbsxana haqqında da düşünməyə başladım. Görəsən, həbs olunacağammı? Lakin hər şey qaydası üzrə gedirdi. Ona görə də, yenidən adam öldürməyə davam etməyə başladım. Bu, mənim çox xoşuma gəldi və mən buna alışdım".

O, törətdiyi əməllərinə görə peşman da deyil. Manyak deyib: "Mən peşman deyiləm. Onlar artıq ölüb. Mən daha heç nəyi dəyişə bilmərəm. 10, 15, 20 ildən sonra həbsxanadan çıxsam, bu əməlimi davam etdirəcəm. Bu, mənim arzumdur".

Hazırda polis Qraçiasın qətlə yetirdiyi qurbanların yaxınları ilə əlaqə yaradaraq axtarışları davam etdirir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm