Quşlar niyə " V " formasında uçur ? (Video)
Bizi izləyin

Bilgi.az

Quşlar niyə " V " formasında uçur ? (Video)

Sürücülərin çoxu yük avtomobillərinin arxasınca getməyin benzinə qənaət etdiyini bilir. Çünki yük avtomobilləri ətrafındakı havanı kənara itələyərək arxasında vakuum yaradır. Beləliklə, arxadakı maşın daha az müqavimətlə üzləşir.

Sürücülərin çoxu yük avtomobillərinin arxasınca getməyin benzinə qənaət etdiyini bilir. Çünki yük avtomobilləri ətrafındakı havanı kənara itələyərək arxasında vakuum yaradır. Beləliklə, arxadakı maşın daha az müqavimətlə üzləşir.

Publika.Az xarici mediaya istinadən xəbər verir ki, Londonda yerləşən Kral Baytarlıq Kollecindən araşdırmaçı Stiven Portuqala görə quşlar bunu insanlardan əvvəl bilirdilər.

İbis quşlarının qatarından istifadə edərək Stiven və onun komandası quşların qanadlarının hərəkətini izləmək üçün hər bir quşun arxasına GPS naviqasiya cihazı və akselerometr bağlayıb. Əldə olunan qeydlər göstərir ki, hər bir quş önündəki quşun qanadlarının ucuyla yaratdığı üzüyuxarı hava axınınından yararlanır.

Stiven Portuqala: Alimlər təxmin edirlər ki, quşlar V hərfi formasında uçmaqdan yararlanırlar, ancaq əvvəllər heç kim bu mexanizmi başa düşmürdü.

Avstryanın Vahlderrap qrupunun və cihazların köməyi ilə britanyalı alimlər quşların İtaliyaya köçməsini izləyiblər.

GPS cihazları çox dəqiqliklə qatarda olan hər bir quşun sürətini və yerli vaxtı qeyd edib. Akselerometr isə hər bir quşun qanadlarına sərf etdikləri gücü və tezliyini qeydə alıb. Və beləliklə alimlər quşların hərəkətini kompüterdə canlandırıb.

Kral Baytarlıq Kollecinin professoru Cim Aşervud deyir ki, onlar hər bir quşun önündəki quşun hərəkətinə necə dəqiqliklə cavab verdiyinə heyrətləniblər.

Cim Aşervud: Əgər özünüzü hava axınına istiqamətləndirsəniz , siz bundan faydalana bilərsiz.

Alimlər indi köç vaxtı quşların hansı quşun qatarın başında getməsinə necə qərar verdiklərini araşdırmağı planlaşdırırlar.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm