Kennedinin məşuqəsinə belə demişdilər -Gələcək haqqında proqnozlar
Bizi izləyin

Bilgi.az

Kennedinin məşuqəsinə belə demişdilər -Gələcək haqqında proqnozlar

Kurtsvel demişdi ki, 2009-cu ildə telefonların çoxu tərcümə proqramları ilə təchiz olunacaq və insan, dilini bilmədiyi həmsöhbəti ilə sinxron tərcümə proqramlarının köməyilə asanlıqla danışa biləcək.

1859-cu il

"Yəni demək istəyirsiniz ki, torpağı qazmağa başlayaq və neft tapmağa çalışacaq? Dəlisiz?"

Köməkçilərinin Edvin Dreykə dediyi sözlər(Azadlıq.org).Amerikada neft kəşfiyyatı işlərinə ilk dəfə Bleyk başlayıb.

1873

“Ürək və beyində cərrahiyyə əməliyyatları heç zaman mümkün olmayacaq”.

Ser Con Erik Eriksen, ingilis cərrahı, kraliça Viktoriyanın həkimi

1878

“Paris sərgisi bağlanan kimi elektrik lampasının da kitabı onunla birlikdə bağlanacaq və daha heç kimin yadına düşməyəcək”.

Erasmus Uilson (Oksford professoru)

1896

“Rentgen şüalarının bir aldanış olduğu üzə çıxacaq”.

Lord Kelvin, Britaniya fiziki, riyaziyyatçısı

1903

“At qalıcıdır, avtomobil isə gəldi-gedər bir yeniikdir”.

Miçiqan Bankının sədri “Ford Motor” şirkətinin səhmdarlarından olan Horace H. Rekhemə məsləhət verir ki, avtomobil sənayesinə sərmayə qoymasın.

​​
1944

“Yaxşısı budur, get katibə işlə, o da olmasa, ərə get”.

Model Agentliyinin sahibi Emmeline Şivelinin gələcəyin məşhur modeli, aktrisası Merlin Monroya verdiyi məsləhət. Xatırladaq ki, Monro sadəcə gözəl aktrisa kimi deyil, həm də ABŞ preizdenti Kennedinin məşuqəsi kimi tarixə düşüb.

1955

“Rok N”Roll? Ömrü iyuna qədər çəkər”.
“Variety” məcmuəsi

1999

Google-un texniki direktoru, məşhur futuroloq Reymond Kurtsvel 1999-cu ildə çapdan çıxan kitabında bəzi proqnozlar vermişdi. Yazmışdı ki, 10 ildən sonra insanlar mətnlərin çoxunu səsi hərfə çevirən proqramlar vasitəsilə yaradacaq.

Düzdür, indi belə proqramlar var, amma insanlar yenə də daha çox klaviaturadan istifadə edirlər.

Onun daha bir proqnozu mobil telefonlarla bağlı idi. Kurtsvel demişdi ki, 2009-cu ildə telefonların çoxu tərcümə proqramları ilə təchiz olunacaq və insan, dilini bilmədiyi həmsöhbəti ilə sinxron tərcümə proqramlarının köməyilə asanlıqla danışa biləcək.

Düzdür, “Google Tərcümə” indi çoxlarının köməyinə çatır, amma telefonların danışığı sinxron tərcümə eləməsinə yəqin hələ çox var.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm