• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Milli Məclisin ağlamalı gülməcələri - MARAQLI

  • Maraqlı
  • 13 Dekabr 2014 14:39
  • 1 044 Baxış
Milli Məclisin ağlamalı gülməcələri  - MARAQLI

Sabiq deputat, hazırda AMEA-ın İqtisadiyyat İnstitunun direktoru olan professor Nazim İmanov millət vəkli olduğu dönəmlərdə parıamentdə yaşanan maraqlı və məzəli hadisələri sonradan kitab halında cəm edib. Milli Məclisin ağlamalı gülməcələri" adlanan kitabça əslində N.İmanovun zaman zaman-etdiyi qeydlərin nəticəsidir. Müəllif onu Milli Məclisdə qqzandığı dostlarına həsr edib.

Modern.az həmin kitabçadan bir neçə əhvalatı təqdim edir:

NÖVBƏTİ TƏXRİBAT

Milli Məclisə "Qrant haqqında" Qanun layihəsi təqdim etmişdim. Müzakirə başlayar-başlamaz, iqtidarın "bərk gedən" qadın deputatlarından biri hövlnak sədrdən söz istədi.

Murtuz Ələsgərov:

- Ay xanım, növbəsiz olmaz da, -dedi, - adını yazdır tabloya.

- Yox-yox, mənə indi, özü də təcili, həm də növbədənkənar söz verin, sonra gec ola bilər.

- Yaxşı, xanıma mikrofon verin.

Deputat xanım sanki növbəti dövlət cinayətinin üstünü açırmış kimi həyəcanla nitqinə başladı:

- Mən həmişə demişəm, yenə də deyirəm, bizim müxalifət ancaq təxribatla məşğul olur. YAP-çı deputatlar da buna göz yumurlar. Mən dünyanın yarısını gəzmişəm, savadıma da ki, Allaha şükür, bələdsiz. Heç bir ölkədə belə nalayiq müxalifət yoxdur. A kişi, qanun yazırsız-yazırsız, buna bir Azərbaycan adı qoyun də, gərək elə erməni adı qoyasız?

LAP AZCA QALMIŞDI

Zala girəndə Şaitdin Əliyev və mərhum Zakir Zeynalovla (Allah ona rəhmət eləsin!) şirin-şirin söhbət edən Hacı Madər məni saxladı:

- Nazim, belə olmaz dai də! Hər yerdən vəzifədə adam var, bi dənə bizdən yoxdı. Diyirəm, bəlkə təşkil eliyib, Şaittini bir yerə itəliyey.

Zakir müəllim də qüvvət verdi:

- Özü də ki, bilirsən də, kişi bu gün – sabah yurfakı qurtarır. Konstitusiya Məhkəməsi sədrinin yeri də hələlik boşdur.

Yerimə keçən kimi başqa vərəq tapmadığım üçün Gündəlik layihəsinin arxasında belə bir mətn yazdım:

"Biz, aşağıda imza edən Millət Vəkilləri, deputat Ş.Əliyevin şəxsi xidmətlərini və natamam ali hüquq təhsilinə malik olduğunu nəzərə alaraq, onun Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə təyin olunmasına etiraz etmirik".

Birinci imzanı da özüm atdım. Vərəq üz qoydu zalı dolaşmağa. 7-8 imzadan sonra növbə E.Sabiroğluna

çatdı. Eldar müəllim mətnin altında xüsusi rəy yazmışdı: "Adı çəkilən şəxsin qış imtahan sessiyasından 2 (iki) kəsri qaldığına görə Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə onun namizədliyinin irəli sürülməsinə etiraz edirəm".

Yazını Şaitdin müəllimə göstərib, "dostunu-düşmənini yaxşı tanı" dedim.

- Ala, bılar hamsı bələdü də, -dedi,- yerribazdığ millətin evin yıxır, qərdeş!

BİR QANUN OXUYUN DƏ

Musa Yaqubun ənənə üzrə tamada olduğu bir məclisdə deputatlarla bərabər, bir vəkil də iştirak edirdi. Bir neçə sağlıq tamada, hərəsi bir sağlıq da deputatlar deyəndən sonra məclisin hamı birdən danışan vaxtı

Musa müəllim sözü verdi vəkilə:

- Hörmətli millət vəkilləri, siz son dərəcə vacib bir işlə məşğulsunuz, çünki qanun yaradıcılığı həqiqətən də çox mühüm və çətin bir işdir...

Yusif Bağırzadə vəkilin sözünü kəsdi ki, bəs doğrudan da, bu bisavad cəmiyyət bizim çətin əməyimizə düzgün qiymət vermir. Bəs bizim işimiz olduqca mürəkkəb bir işdir və sair.

Musa müəllim dedi, a kişilər, dayanın görək, vəkil dostumuz nə demək istəyir. Vəkil davam etdi:

- Hörmətli millət vəkilləri, yəni mən onu deyirəm ki, qanunlar dövlətin onurğa sütunudur, onların necə yazılmasından insanların həyatı asılıdır...

Bu dəfə vəkilin sözünü Bağır Musayev kəsdi ki, bəs doğrudan da, qanunda hər sözün əhəmiyyəti var, bir

də görürsən ki, bapbalaca bir vergülün yerini dəyişən kimi hər şey pozulur və sair.

Musa müəllim yenə dedi, a kişilər, dayanın görək, vəkil dostumuz nə demək istəyir. Vəkil bir də davam

etdi:

- Ay qardaşlar, mən elə onu demək istəyirəm. Siz ki bu qanunların belə vacib olduğunu bilirsiz, onları

qəbul eləməmişdən əvvəl bir oxuyun də!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR