Texnologiyada yenilik: qolunuz monitora çevriləcək - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Texnologiyada yenilik: qolunuz monitora çevriləcək - FOTOLAR

"Apple" şirkətində texnologiyada yenilik edilib. Tezliklə biləyinizi monitora çevirəcək qolbaqlar satışa çıxarılacaq. "Cicret" qolbağını biləyinizə bağlamaqla dərinizdə proyektor vasitəsilə monitor əks olunacaq. Bununla siz elektron poçtunuzu yoxlaya, kinoya baxa bilərsiniz. Bundan əlavə, yeni avadanlıqla internetə girə, oyun oynaya və zəng də edə bilərsiniz. Qolunuzda əks olunan monitoru barmağınızla hərəkətə gətirə bilərsiniz.

Yeni qurğunun ixtiraçıları onu satışa qoymaq üçün qiymət üzərində danışıqlar aparır. Lakin onun qiyməti 471 dollar civarında hesablanıb. Qolbaq üzərində hazırlıq işləri getməsinə baxmayaraq, şirkətdən verilən məlumata görə avadanlıq gələn ilin iyun ayında artıq satışda olacaq. Onun hazırlanmasında məqsəd isə smartfonları əvəz etməkdir. Qolbaq proyektor və 8 sensordan ibarətdir. Onların sayəsində görüntü qolda əks olunur. qolbaq yaddaş kartı, USB, batareya, blutuz, "Wi-Fi" və SİM kartla da təmin olunur. yaddaşına görə iki cür olacaq: 16 və 32 gb-lik. Bundan əlavə, qolbaq 10 seçim rəngindən ibarətdir.

Şirkət rəhbərliyindən verilən məlumata görə, sensorlu qolbaq texnologiyada inqilab hesab olunur. asan daşınması ilə yanaşı qolbaq telefonlara nisbətən daha zərəsizdir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm