Oğlunu almaza çevirdi
Bizi izləyin

Bilgi.az

Oğlunu almaza çevirdi

Publika.Az-ın məlumatına görə, ötən ilin yanvarında oğlunu itirən Eva Vu adlı qadın ölülərin küllərini almaza çevirən İsveçrənin Algordanza adlı şirkətinə müraciət edib.

17 yaşlı oğlunun külündən düzəldilən almazı xaç şəklində boyunbağı ilə boynuna asan ana rahatlıq tapdığını söyləyib:

"Oğlum yaşadığı zaman mən nədənsə narahat olmayım deyə, əlindən gələni edərdi. Bu boyunbağını taxdıqdan sonra rahat oldum. Onu daima yanımda gəzdirirəm".

2007-ci ildən fəaliyyət göstərən şirkət ölülərin küllərini laboratoriyada testdən keçirərək, almaza çevirir. Şirkətin Honq-Konqdakı nümayəndəsi Skot Fonq ölünün külündən emal olunan 2 karatlıq almazın 37 min dollara satıldığını söyləyib.

Şirkət rəhbəri külləri almaza çevirməyin üsullarını da deyib:

"Ölüdən götürülən 200 qram kül laboratoriyaya göndərilir. Süzgəcdən keçirilən kül 99 faiz saflaşdırılır. Daha sonra qara qrafitə çevrilir. Vulkan istiliyinə malik dəzgah saflaşdırılmış külü 9 saatlıq əməliyyatdan sonra sintetik almaza çevrir".

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm