Ən qədim aksiya forması...
Bizi izləyin

Bilgi.az

Ən qədim aksiya forması...

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı mayın 19-da Milli Parkda xalq gəzintisi keçirib. Gəzintidə 50-yə qədər şəxsin iştirak etdiyi bildirilir. Ayın 25-də isə belə bir aksiyanı İctimai Palata keçirməyi planlaşdırır.

Analoji gəzintini Azərbaycan Avropa Hərəkatı da təşkil eləmişdi. Bu, Azərbaycan ictimai həyatında az-az tətbiq edilən siyasi texnologiyalardandır.

Publika.Az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, demokratik mübarizənin 170 adda üsulu var, xalq gəzintisi də onlardan biridir: “Xalq gəzintiləri sərbəst toplaşma azadlığının ən qədim formalarındandır. Siyasi yox, daha çox dini, milli bayramlarda bu cür kütləvi tədbirlər təşkil olunurdu.

İndiki halda isə bundan siyasi məqsədlər üçün istifadə olunması məqsəduyğundur. İki əsr öncə Amerika sosioloqları hesab edirdilər ki, demokratiyaya keçid üçün xalq bayramlarının kütləvi təşkilinə hökumətlərin maneə olmamasına çalışmaq lazımdır”.

Sərdar Cəlaloğlu hesab edir ki, demokratik cəmiyyətdə mübarizənin effektivliyi üç başlıca amildən asılıdır: “Birincisi, onun kütləviliyi, ikincisi rəngarəngliyi, üçüncüsü ardıcıllığıdır. Bu üç şərt yerinə yetirilmədiyi halda heç bir mübarizə üsulu cəmiyyətdə demokratik dəyişikliklərə gətirib çıxara bilməz”.

Politoloq Arif Yunus hesab edir ki, uzunmüddətli olacağı halda bu cür aksiyalar müsbət nəticə verə bilər. O belə aksiyalarda iştirak edən insanların sayına önəm verməməyi vacib sayır: “Söhbət bu aksiyaların təsirindən gedir. Əsas məqam onu cəmiyyətin necə qəbul eləməsidir. Bəzən 100 nəfərin aksiyası 100 min nəfərin küçələrə çıxmasından daha effektli olur”.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm