Azərbaycan vətəndaşı da Facebook-un səhmdarı ola bilər
Bizi izləyin

Bilgi.az

Azərbaycan vətəndaşı da Facebook-un səhmdarı ola bilər

“Hər bir Azərbaycan vətəndaşı Facebook səhmdarı ola bilər”. Bunu səhm üzrə ekspert Hafiz Babalı Publika.Az-a deyib. İqtisadçının sözlərinə görə, yerli və ya da xarici brokerlər vasitəsilə səhmə sahib olmaq mümkündür: “Brokerlə müqavilə bağlayırsan, sənin əvəzindən səhmlə bağlı işləri aparır. Əgər səhmlərin dəyəri 20 min manatdan çoxdursa, Gəlir Bəyannaməsi təqdim edilməlidir. Səhmi alan şəxsin də adına Milli Depozit Mərkəzində hesab açılır”.

Bu gün sosial şəbəkə saytı Facebook öz səhmlərinin hər birini 38 dollara dəyərləndirdiyini və Nyu-Yorkda satışa çıxarılacağını elan edib. Bu qiymətlə səkkiz yaşlı firmanın dəyəri 104 milyard dollara bərabər olacaq. Həftənin əvvəlində Facebook bəyan edib ki, planlaşdırıldığından 25 faiz artıq səhm satacaq.

Facebook-un 412 milyon səhminin bazara çıxarılacağı və hər pay üçün qiymətin 34-38 dollar olacağı deyilir. Facebook-un yaradıcısı Mark Zuckerberg şirkət səhmlərinin 25 faizinə sahibdir. Sosial şəbəkənin 900 milyon istifadəçisi var və onlar ötən il şirkətin 1 milyard dollar mənfəət əldə etməsinə yardımçı olublar. Ancaq şirkətin gələcəkdə mənfəət əldə etməsi sual altındadır.

Bəkir Nərimanoğlu

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm