Yeni il ayinləri: müxtəlif ölkələrdə necə fala baxırlar?
Bizi izləyin

Bilgi.az

Yeni il ayinləri: müxtəlif ölkələrdə necə fala baxırlar?

Yeni il ərəfəsi ilə bağlı bir sıra maraqlı inanclar var. Yeni il sanki keçmiş və gələcək arasında körpü rolunu oynayır. Həmin günü fala baxmaq, niyyət tutmaq adi şeydir.

Publika.az Yeni illə bağlı olan və dünyanın müxtəlif ölkələrində qeyd olunan mistik ayinləri təqdim edir.

Yunanıstan

Yunanlarda belə bir adət var: evə girərkən girişdə narı iki hissəyə bölürlər. Bu adət indiyədək qorunub saxlanılıb. Bu ayin yeni ilin girməsinə bir neçə dəqiqə qalmış həyata keçirilir. Nar bölünərkən dənələri qəpik kimi yerə səpələnərsə, bu, yaxşı əlamət hesab olunur. Nar gərək ilk cəhddən qırılsın. Bundan sonra evə sağ ayaqla girmək lazımdır. Subay qızlar isə Yeni il gecəsi hinə yaxınlaşıb qapısını döyərək qulaq asırlar. Hindən toyuq səsi gələrsə, qız bu il də subay qalacaq. Xoruz səsi gələrsə, subay qız ərə gedəcək.

İtaliya

Yeni il gecəsi italyanların stolunda mütləq mərci olmalıdır. Mərci var-dövlət və firavanlıq deməkdir. Onun hər bir dənəsi pulu tərənnüm edir. Gənc italyan qızları isə ayaqqabını qapıya tərəf tullayırlar. Ayaqqabının burun tərəfi qapıya olarsa, qız bu il ərə gedəcək.

Bir adətə görə isə, evin qapısından ilk dəfə içəri qara saçlı kişi daxil olmalıdır. O zaman il yaxşı keçəcək. İçəri qadın girərsə, uğursuzluq olacaq. Polis qapıdan içəri girsə, ev sahibinin gələn il qanunlarla problemi olacaq. Bu adam keşiş olarsa, bu, ölümə işarədir.

Almaniya

Avstriyalılar və almanlar qalay, qurğuşun, mum üzərində fala baxır: şamın ərimiş mumu və ya metal soyuq suya salınır və orada əks olunan fiqurlara görə fala baxırlar. Uğurlu fiqurlar kimi günəş və sivri şlyapa fiqurlarıdır. Onlar var-dövlət və sağlamlıqdan xəbər verir. Əgər ərinmiş qalayda yaşlı qadın və ya 13 rəqəmini görmüsünüzsə, bu, yaxşı əlamət deyil.

Rumıniya

Rumıniyada Yeni il ərəfəsində havaların necə keçəcəyini fala əsasən müəyyən edirlər. Soğanı aylara uyğun olaraq 12 hissəyə bölürlər, dilimləri duzlayıb, səhərə kimi qoyurlar. Səhər tezdən soğanın dilimlərinə baxırlar. Əgər hansı dilimdə su damcısı olarsa, bu, həmin ayda yağışların yağacağından xəbər verir.

Çexiya

Çexiyada Milad bayramı öncəsi (24 dekabr) alma ilə fala baxırlar. Almanı hissələrə bölürlər, əgər dilimin ortasında ulduz şəkili yaranarsa, bu, adamın il boyu sağlam olacağına işarədir. Yox, əgər alma dilimin ortasında xaç işarəsi yaranarsa, bu, həmin evə ölüm və ya xəstəliyin gəlişindən xəbər verir.

Böyük Britaniya

Böyük Britaniyada piroqla fala baxırlar. Piroqun içərisinə müxtəlif əşyalar qoyulur: kimin qarşısına qəpik çıxarsa, bu, var-dövlətə, paxla - xoşbəxtliyə, qızılgül ləçəyi – sevgiyə, üzük - toya, düymə - kasıbçılığa işarədir.

Orta Asiya və Yaxın Şərq

Azərbaycanlılar, qazaxlar, türkmənlər, taciklər, özbəklər, türklər, iranlılar və əfqanlar Yeni ili Novruz bayramında qeyd edir. Həmin günü gənc qızlar qapı pusur. Qapı arxasından gələn yaxşı söhbətlər ilin yaxşı keçəcəyindən xəbər verir. Yazın gəlişini qeyd edən xristianlar isə havaya görə fala baxır. Bu adət həmçinin bir sıra xalqlarda da mövcuddur: inanclara görə, Novruzun ilk günü yaz, ikinci günü yay, üçüncü günü-payız, dördüncü günü isə qışın necə keçəcəyindən xəbər verir.

Hindistan

Hindlilər "Ramayana" kitabına əsasən fala baxır. Kitabın səhifələrini təsadüfən açmaqla orada yazılanlara görə gələn ilin necə keçəcəyini müəyyən edirlər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm