Hollivudun ən “baz” kişisi – Onun siyahısında Madonna və Şeron Stoun da var
Bizi izləyin

Bilgi.az

Hollivudun ən “baz” kişisi – Onun siyahısında Madonna və Şeron Stoun da var

O, çox səbirli və dözümlü insandır. Hər halda, ilk baxışda belə görünür. O, həyatda ekranda göründüyündən daha hündürboydur. Qamətli və arxaya doğru dartılmış bədən, sarışın saçlar – o, hər bir qadının arzusudur.

Lakin bununla belə, Leo müsahibi ilə söhbət zamanı heç vaxt məsafə saxlamır.

Leonardo məktəb illərindən bir sıra reklam çarxı və seriallarda çəkilməyə başlayıb. Deyilənlərə görə, "Romper Room" serialının çəkiliş meydanından 5 yaşlı Leonu dəcəlliyinə görə qovublar. Onun yaraşığına nəinki tamaşaçılar, hətta heç bir filmi izləməyən qızlar da heyran qalırdı...

O, hələ 14 yaşı olarkən ilk məhəbbətin dadına baxdı. Qız onun sinif yoldaşı idi. Leo sevgilisi Sesilyanı kinoya dəvət etdi. Elə kinoteatrdaca Leo dözməyərək qıza çiyin atır, əlini çiyninə qoyaraq onu qucaqlamağa çalışırdı. Leo qızı öpmək istəyirdi və nəhayət ki, bunu bacardı... Sesiliya hesab edirdi ki, bu ilk öpüş "qısa və qurudur". Bu, Sesilyanı heç nə ilə təəccübləndirmədi. Yəqin, elə buna görə də, Sesilya gələcəyin ulduz aktyorunu atıb, başqa biri ilə görüşməyə başladı...

"Siqareti heç cür ata bilmirəm! Çalışıram ki, heç olmasa, bir gün siqaret çəkməyim, lakin alınmır. Onu atmaq çox çətindir. İş ondadır ki, antinikotin yapışqanlar mənə çox pis təsir göstərir. Hiss eləmişəm ki, onları istifadə edən kimi gecələr eyni dəhşətli yuxuları görürəm: qanlı qətl. Sanki kimisə qətlə yetirirəm və səhər soyuq tər içində oyanıram".

Məşhur aktrisa Meril Strip onu "ağıllı dəli" hesab edir. Leonun "Titanik" filmindəki tərəf müqabili Keyt Uinslet isə həmkarını yaraşıqlı və eyni zamanda, "mənfur" adlandırıb.

Leo ziddiyyətlərdən bol insandır. Onun anası hamilə olarkən Uiffisi qalereyasını ziyarət edir və hamilə qadın Leonardo Da Vinçinin əl işlərinə elə heyran qalır ki, doğulacaq körpəsinə də eyni adı qoyur. Leo italyan və alman köklərinə məxsus olsa da, onun baba və nənəsi rusdur...

Leo elə uşaqlıqdan hamının diqqətini çəkərdi. Hələ 20 yaşındaykən Leo 36 yaşlı Şeron Stounun diqqətini cəlb edir. O zaman diva "Cəld və ölü" filminin çəkilişlərinə hazırlaşırdı. Rejissorun razılığı ilə Stoun özü istədiyi tərəf müqabilini seçə bilərdi. Stoun gənc Leonu təsadüfən televiziya proqramlarının birində gördükdən sonra seçimini onun üzərində saxladı. Hətta Şeron gənc oğlanın qonorarını da öz cibindən ödəməyə razı idi. Şeron Stoun və gənc Leo yataq səhnəsində də çəkildilər. Çünki Stoun məhz belə istəyirdi...

Aktrisa Qvinet Peltrou isə televiziya verilişlərinin birində 1998-ci ildə Leo ilə keçirdiyi gecədən danışıb. Hadisə Qvinetin 25 yaşını qeyd etdiyi gün baş verib: "Mən dostlarımla 2 qədəh kokteyl içdim. Dostların arasında Leonardo da vardı. Onunla dayanmadan öpüşməyə başladım. Onunla getmək istəyirdim, lakin qardaşım bizi ayırıb evdə oturmağımı tələb etdi. Bununla belə, mən evdən qaçıb Di Kaprionun yaşadığı yerə getdim və gecəni onunla keçirtdim..." Qeyd etmək lazımdır ki, həmin vaxt Peltrounun daimi sevgilisi vardı. Bu, aktyor Ben Afflek idi. Lakin bu fakt da Peltronu Leo ilə görüşməkdən saxlamadı.

Ümumiyyətlə, "Di Kaprio və qadınları" adlı kitab yazıb, bu mövzunu genişləndirmək olar. Amerika mətbuatının verdiyi məlumata görə, gənc yaşına baxmayaraq, Hollivudda elə adam qalmayıb ki, Leo onunla yatmasın. O, həmkarı Uorren Bittinin rekordunu hələ yeniləyə bilməsə də, hər halda, onu geridə qoymaq şansı da az deyil. Hərçənd, Di Kaprio hələ yenicə ulduz olanda Hollivud romanlarına nifrət etdiyini bildirirdi.

"Hollivudda sevgi romanlarının necə yaranması mənə çox təəccüblü gəlir. Axı orada, sadəcə olaraq, hamı hamı ilə yatır, kişi və qadınlar əldən-ələ gəzir. Sən bir qızla yatan kimi dərhal onun milyonlarla sevgilisinin "süd qardaşına" çevrilirsən. Ömrümdə heç zaman bu yola əl atmaram".

Necə deyərlər, gülmə qonşuna, gələr başına və ya heç zaman "heç vaxt" demə. İndi Hollivudda Leo qədər aktrisa və modellərlə sevgili olan ikinci şəxs tapmaq çətindir. Onun sevgi siyahısında dünya şöhrətli insanların, məsələn, Madonnanın da adı var. Düzdür, bu görüş aktyora çox da qənaətbəxş görünməyib. Leo deyib:

"Məndən 15 yaş böyük olsa da, o, sanki bakirə qız kimi idi. Kənardan özünü seks-bomba kimi aparıb, mənə "həyat dərsi" keçən insana bənzəyirdi, lakin əslində, bu, heç də belə deyildi. Düz sözümdü, yataqda bir anlıq elə bildim ki, ölüb. Onun ölüb-ölmədiyini yoxlamaq üçün şillə vurmaq istəyirdim. O, sadəcə, ulduz-sevgili kolleksiyası toplayır, kişilərlə həzzə görə yatmır. Əslində, onun heç seksual istəyi də yoxdur. Onu yalnız qadınlar ehtiraslandırır. Elə ona görə də onu rədd elədim..."

1998-ci ilin noyabrında Di Kaprio 24 yaşını qeyd edirdi. Bayram şənliyi Nyu-Yorkun gecə klublarının birində 400 qonağın iştirakı ilə keçirilirdi. Qonaqlar arasında Leonardonun atası və "Titanik" filmin rejissoru Ceyms Kemeron da vardı. Ümumiyyətlə, ad günü şənliyində Leo ulduz olana qədər onun qarşısına çıxan hər kəs vardı...

Di Kaprio "Titanik" filmindən qazandığı (11 milyon dollar) pullara Los-Ancelesdə pəncərələri Sakit okeana açılan iqamətgah aldı. Villanın 5 hamam otağı, bir neçə yataq otağı və ulduzlara yaraşan hər cür şərait vardı.

Bununla belə, nə qədər varlı olsa da, Leo heç zaman qohum-əqrəbanı unutmur. Məsələn, o, valideynlərinə də ev hədiyyə edib. Ana və rus əsilli nənəsi Yelenanın məsləhəti ilə 35 min dolları Los-Ancelesin ictimai kitabxanasının hesabına köçürüb. Hələ pulun qalan hissəsini də aktyor Leonardo Di Kaprio adına kompüter mərkəzinə köçürməyə hazırlaşır.

2000-ci ildə Cennifer Endrüs adlı hansısa qız 6 il bundan əvvəl Di Kaprionun dilerdən heroin alması barədə dünyaya car çəkdi. Qız deyirdi: "O dayanmadan soruşurdu ki, bu, yaxşı narkotikdirmi? Sonra onun dadına baxdı. Dilerlə harasa getdilər. Əminəm ki, Di Kaprio narkotik maddə almağa getdi".

Di Kaprio özü isə narkotiklərə meyli barədə uzun müddət susduqdan sonra, nəhayət ki, buzları qırdı. "Stars" Britaniya televiziya kanalında proqram zamanı o elan etdi: "Hə, mənim əllərimə bir baxın! Orada hər hansı bir iynə deşiyi tapırsınızmı? Siz bu fahişənin sözlərinə nəyə görə inanırsınız? Əgər mən narkotik istifadə etsəydim, çoxdan ölmüşdüm".

Aktyorun vəkilləri Endüsə qarşı dərhal 4 milyon dollar dəyərində iddia qaldırdılar. Lakin iddia əks-effekt verdi, çünki Endrüs də Leo onu "fahişə" adlandırdığı üçün iddia qaldırmışdı...

2001-ci ilin əvvəllərində Di Kaprio "Nyu-York bandası" filminin çəkilişlərində idi. Çəkilişlər Roma parklarının birində keçirilirdi. Filmdə hadisələr XIX əsrdə baş verdiyi üçün çəkiliş meydanında çoxlu at vardı. Dəqiq desək, ərazidə atdan çox paparazi və jurnalistlər toplaşmışdı. Jurnalistlərin zəhlətökən hərəkətlərindən bezən Leo özündən çıxdı və əlinə gələni onların başına çırpmaq arzusuna düşdü. Onun əlinə isə at nəcisi keçdi. Beləcə, çəkiliş meydanında dava düşdü. Səhəri gün Leo və yoldaşları xəsarət alan jurnalistlərə baş çəkmək üçün xəstəxanaya getdilər. Di Kaprio xəstəxanada yenidən özündən çıxdı. O, yenə də əlinə gələni jurnalistin başına çırpmağa hazırlaşırdı, lakin tərslikdən əlinə heç nə keçmədi və dava bu dəfə yalnız söyüşlərlə bitdi...

2000-ci illərin əvvəllərində qəzetlər Di Kaprio haqda sensasiyalı məqalə dərc etdi: o, evlənirdi. Gəlin qismində 20 yaşlı braziliyalı model Gizel Bündhen (dünyanın ən çox gəlir əldə edən modeli) seçilmişdi. Aktyor onunla tamamilə təsadüfən tanış olmuşdular. Leo onun şəklini moda jurnalını vərəqləyərkən görmüşdü. Az qala, ilk baxışdan Gizelə vurulan Leo iş qrafikini dəyişərək modelin işlədiyi Romaya üz tutdu. Di Kaprio orada 1 həftə qalaraq bu müddət ərzində qızı yoldan çıxarmağa çalışdı. Gizel isə öz növbəsində təslim olan qız deyildi. İş ondadır ki, Gizelin artıq sevgilisi vardı. Bir əldə iki qarpız saxlamaq Gizelin təbiətinə yad idi, axı o, katolik idi. Nəticədə, Di Kaprio gənc qızın ürəyinə sahib çıxa bilmədi.

2000-ci ilin aprelində onların taleyi Hollivudda keçirilən əyləncə gecələrinin birində görüşdü. Həmin vaxt Gizel sevgilisindən ayrılmışdı. Ona görə də Leonun ona qayğı göstərməsinə etiraz etmədi. Oktyabrda aktyor ona platindən nişan üzüyü hədiyyə etdi. Dekabrda isə Gizel aktyorun Malibudakı 7 milyonluq iqamətgahına köçdü. Hər şey yaxşı gedirdi, lakin qəfildən sanki cütlüyün arasından qara pişik keçdi...

Günah Gizeldə idi. O, 15 milyon dəyərində alt paltarının reklamında çəkildi. Deyilənlərə görə, Leo sevgilisinin bu addımının tam əleyhinə olub. Gizel isə ayrılıqla bağlı öz arqumentlərini gətirirdi: "Leo başqa qadınlarla yataq səhnəsində çəkiləndə mən ki isterika qaldırmıram". Beləcə, gənclər ayrılıb hərəsi öz evinə köçdü...

40 yaşlı aktyor bu yaxınlarda "Victoria’s Secret" ailəsinin nümayəndəsi olan alman Toni Qarnla da ayrılıb. Jurnalların birində verdiyi müsahibədə Leo deyir:

"Sən çəkilişlər üçün ömrünün yarım ilini Mərakeşdə və ya hər hansı bir xarabada keçirirsənsə, ailə qurmaq kimi fikirlər səndə formalaşmır və bu həyatdan qaçmağa çalışırsan".

Qeyd edək ki, son zamanlar Leonun şəxsi həyatı gündəmdən düşmür. O gah 90-cı illərdəki kimi orgiya gecələri təşkil edir, gah da dələduzluğa görə həbsə düşür.

Tərcümə: Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm