Yeni epidemiya: ölüm yuxusu - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Yeni epidemiya: ölüm yuxusu - FOTOLAR

Qazaxıstanın şimalında yerləşən Kalaçi kəndində baş verən qəribə hadisənin səbəblərini hələlik heç bir alim və həkim müəyyən edə bilmir. Belə ki, Yuxulu Dərə kimi tanınan kənddə yuxu gətirən naməlum epidemiya artıq 4 ildir ki sakinlərə öz təsirini göstərir. Mənşəyi məlum olmayan epidemiya beyinə təsir etməklə kənd sakinlərini günlərlə yatmağa vadar edir.

Kənd sakinlərinin 600 nəfərindən artıq 14 faizi bu epidemiyaya yoluxub. Qazaxıstanın paytaxtı Astanadan 444 kilometr uzaqlıqda yerləşən kənd sakinləri naməlum epidemiya nəticəsində hər dəfə yatanda bir daha yuxudan oyanmayacaqlarından qorxurlar.

Baş gicəllənmə, tarazlığını qoruyub saxlaya bilməmə, yorğunluq və yaddaş problemləri diaqnozu ilə 60 nəfər kənd xəstəxanasına yerləşdirilib. Bəzi sakinlər isə qarabasmadan əziyyət çəkirlər. Həkimlər epidemiyanın meningitə səbəb olan virus və bakteriyalar nəticəsində baş verdiyini ehtimal edirlər. Bununla belə, alimlər torpaq qatından və sudan yuxu xəstəliyi yaradan hər hansı bir dəlil-sübut aşkar edə bilməyiblər.

Bəzi sakinlər yuxu gətirən virusun Sovetlər dövründə fəaliyyət göstərmiş uran yatağı ilə bağlı olduğunu hesab edirlər. Lakin şaxtada çalışan fəhlələrin naməlum virusa yoluxmaması bu faktı inkar edir. Bu ilin sentyabrında Rusiya televiziyalarından biri Kalaçi haqda sənədli film hazırlayıb. Çəkiliş qrupunun iddiasına görə, kənddə radiasiya əvvəlki dövrlərə nisbətən 16 dəfə çoxdur.

Ona görə də sakinlər xəstəliyin külək və hava ilə yayıldığını güman edirlər. Qeyd edək ki, virus 2010-cu ilin aprelindən etibarən yayılmağa başlayıb. Bu xəstəlikdən əziyyət çəkən kəndlilərdən birinin atası deyib: "Oğlum gün ərzində gümrah idi, qaçırdı, oynayırdı. Lakin birdən-birə oturub gözlərini bir nöqtəyə zilləməyə başladı. O nə qədər gözlərini açmağa çalışsa da, bunu bacarmırdı".

Xəstəlik ucbatından 8 şagird sentyabrdan etibarən məktəbə gedə bilmir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm