Bu qadın bətnində iki başlı uşaq gəzdirir - VİDEO, FOTO
Bizi izləyin

Bilgi.az

Bu qadın bətnində iki başlı uşaq gəzdirir - VİDEO, FOTO

Dünyaya gətirməyə hazırlaşdığı uşağın iki üzü, iki beyni var

Övladının cinsini öyrənmək üçün həkimə gedən hamilə qadın aldığı xəbərdən dəhşətə gəlib. O, bətnində iki başlı uşaq gəzdirir. Dünyaya gətirməyə hazırlaşdığı uşağın iki üzü, iki beyni var.


Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu hadisə Sidneydə baş verib. Həkimlər ReneSaymon Houi cütlüyünə gələcək övladları barədə məlumat verərkən həkimlər təcili abortu tövsiyə ediblər. Çünki belə bir defektlə uşaq iki gündən artıq yaşaya bilməz. Ancaq Rene buna qarşıdır.


"Biz ərimlə qərara gəldik ki, hamiləliyi dayandırmayaq", - qadın deyib.


Onun sözlərinə görə, belə bir övlad onların həyatını alt-üst etsə belə, uşağın doğulmamış öldürülməsinə qarşıdırlar.


Əri Saymon da onunla razılaşır. "Bu cür uşağı öldürmək autizmdən əziyyət çəkən uşaqdan imtina etməkdən də pisdir", - o bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm