Bütün şəhər bu müəmmalı kişidən danışır - FOTO
Bizi izləyin

Bilgi.az

Bütün şəhər bu müəmmalı kişidən danışır - FOTO

"Sandor Abraham həyatının son iki ilini burada keçirdi. Təqaüdə çıxmış mədənçiydi. Qürurlu və ədəbiyyatsevər idi. Qüruru olan biri heç vaxt yoxsul deyil".

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu sözlər Budapeştdə bir oturacaq üzərində yazılıb. Şəhər sakinləri son bir neçə gündür ömrünün son günlərini küçədəki oturacaq üzərində kitabəsi qoyulan kimsəsiz insandan danışır.

Şəhərin zənginlər yaşayan bölgəsindəki küçədə bir oturacaq şamlarla bəzənib. Kim tərəfindən hazırlandığı bilinməyən kitabə həmin oturacağın qarşısına qoyulub.

Kim olduğu, nə üçün oturacaqda yaşadığı bilinməyən bu kişi şəhər sakinlərinin diqqətində olub. Ölümündən sonra onlar bu "evsiz" haqqında ölkə mətbuatına bu sözləri deyiblər. Ədəbiyyatı sevən "evsiz".

Onunla ünsiyyətdə olan və müşahidələrinə əsaslanan insanlar onun haqqında, bəlkə də, yaxınlarının bilmədiyi xeyli maraqlı faktlar deyiblər.

"İki il əvvəl idi. Bir gün onu bu oturacaqda oturarkən gördüm. Heç kimə söz atmazdı, sakitcə gəlib-gedənə baxırdı. Heç dilənçi də deyildi. Sadəcə, o, oturacağı özünə məkan seçmişdi".

"Bu əraziyə yaxınlıqda yaşayıram. Buradan keçəndə həmişə ona baxırdım, çox fərqliydi. Boş içki qablarını toplayıb satırdı. Həmin pulla da özünə yemək alırdı. Boş vaxtlarında həmişə kitab oxuyurdu".

"Evim düz bu oturacağın qarşısındadır. Onu həmişə müşahidə edirdim. Çox səliqəli biri idi. Gecələr də orada yatırdı. Adyalını, əşyalarını hər səhər toplayıb oturacağın altına yerləşdirirdi. Bir gün əlində süpürgə ilə gördük onu. Oturduğu yerin ətrafını təmizlədi. Daha sonra mağazaların qarşısını təmizləməyə başladı. Mağaza sahibləri, deyəsən, ona pul da verirdilər".

"Buradan keçəndə həmişə ona baxırdım. Bir gün göz-gözə gəldik. Baxışlarında nə yalvarış, nə də yazıqlıq var idi. O baxışların təsirindən uzun müddət çıxa bilmədim. Adi bir dilənçidir, niyə bu qədər mənə təsir etdi, deyə düşünürdüm. Düzdür, diləndiyini görməmişdim, amma küçədə yaşayan evsiz idi".

"Bu yaxınlıqdakı mağazada işləyirəm. Onun həmişə kitab oxuduğunu görürdüm. Əvvəl onun göstəriş üçün kitab oxuduğunu düşünürdüm. Lakin bir dəfə yanına getdim və həqiqətən oxuduğunu anladım. Həmin gün bir neçə saat bir kitabla bağlı müzakirə etdik".

"Bu yaxınlıqdakı şirkətdə işləyirəm. Onu hər gün görürdüm. Hava çox soyuq idi. Bir gün evdən gələndə köhnə paltomu gətirib ona uzatdım, "istəyirsiz?" deyə soruşdum. Gülümsədi və təşəkkür etdi. O, dilənçi deyildi, çox səmimi idi"

Xoşsöhbət insan

"Yuxarı küçədə qalıram, təqaüdçüyəm. Onu uzun müddətdir izləyirəm. Havalar soyuyandan sonra ona hər gün yemək gətirirdim. Çox mehriban idi. Həyatı haqqında danışmaq istəməsə də, xoş söhbət idi. Sadəcə onun da təqaüdçü olduğunu və evi olmadığını bilirdim. Niyə evsiz qaldığını heç kimə demirdi. Bu, onun sirri idi və ona heç kimin yazığı gəlməsini istəmir".

"Bələdiyyə işçiləri onu evsizlərin sığınacağına aparmaq istəsə də, heç vaxt getmək istəmirdi. Deyirdi ki, bir gün orda qalıb və əşyalarını oğurlayıblar. Soyuq gecələrdə iş yerlərinin havalandırma sisteminin çıxışında otururdu. Bir gün əlində şişkinlik olduğunu gördüm səbəbini soruşanda, sadəcə gülümsədi, vacib deyil dedi".

"Liseydə oxuyuram, bir gün yanında oturub dərsimdən şikayət edirdim. Həmin gün mənə kitabın heç görmədiyim məqamlarından danışdı. Sanki ədəbiyyat müəllimi idi".

Evsizdir, amma qürursuz deyil

"Son günlər çox qəmgin olurdu. Günün əsasını oturacaq üzərində yatırdı. Bir gün ona dərman alıb apardım. Çox dərd çəkdiyi bəlli idi".

"Bu yaxınlıqda işləyirəm. Bir gün də gəldiyi kimi, getdi. Heç kim hara getdiyini bilmədi. Amma yoxluğu bizə çox pis təsir etdi. Bir gün isə bu kitabəni gördük. Öldüyünü anladıq. Necə yaşadısa, qürurla aramızdan ayrıldı".

Bu deyilənlər, kimsəsiz adi bir insanın həyat hekayəsi kimi görünə bilər. Lakin Budapeştdə və hətta Avropanın bir çox şəhərlərində insanların şəhər ətrafına köçürdüyü bir vaxtda insanlar üçün önəmli bir dərs oldu.

Bu həm də küçəyə düşməyin insanın qüruruna təsir göstərmədiyini göstərdi. Bu həm də insanların küçədə yaşayanlara münasibətinə təsir edən hadisədir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm