Ölümdən sonra həyat - VİDEO
Bizi izləyin

Bilgi.az

Ölümdən sonra həyat - VİDEO

"Facebook" sosial şəbəkəsinin təsisçisi Mark Zükerberqin rəqibi peyda olub. Qərb ölkələrində ölümdən sonra həyatı davam etdirmək istəyənlərə "şərait yaradan" sosial şəbəkənin məşhurluğu getdikcə artmaqdadır. Əlbəttə ki, söhbət virtual aləmdən gedir.

İstifadəçilərə ölmüş adamın adından istifadə etməyə imkan verən yeni sosial şəbəkə dəbə minir. Yeni yaranmış sosial şəbəkədə ölən adamın adı ilə foto, video paylaşmaq da olar. Bundan əlavə, ölümdən sonra həyat haqqında məlumatları da bölüşmək mümkündür.

"NTV" televiziya kanalının müxbiri Anton Volski deyib: "Yeni sosial şəbəkə siz öldükdən sonra ismarıclarınızın "Facebook" və "Twitter"-də peyda olacağına inandırır. Ölümdən sonrakı virtual həyatın davamlılığı istifadəçidən asılı olacaq".

"Deadsocial" sosial şəbəkəsinin təsisçisi Ceyms Norris isə bildirib: "Məzmunu istifadəçinin özü yaradır. Siz özünüz ölümqabağı ismarıc yazırsınız. İsmarıcın kimə və nə zaman göndərilməsini müəyyən edirsiniz. Biz yalnız məktubun ünvana vaxtında çatmasını izləyirik".

Saytın təsisçiləri insanlara internet aləmində ölümsüzlük vəd edirlər. Ceyms Norris bildirib: "Biz taleyimizi dəyişə bilmərik. Lakin bizi necə xatırlamalarına təsir edə bilərik. Məsələn, öləndən sonra da həyat yoldaşınıza toyun ildönüm günü romantik ismarıc və ya dostunuza lətifə yollaya bilərsiniz. Sizin hətta öz nəvələrinizə də məktub göndərmək imkanınız olacaq".

Ölümdən sonra istifadəçiyə xidmət göstərən sosial şəbəkə yeni fəaliyyətə başlasa da, onun artıq mindən çox istifadəçisi var.

Lakin yeni sosial şəbəkəyə daha çox məşhur adamların müraciət etməsi divident gətirə bilər. Ceyms Norris deyib: "Tanınmış adam vəfat etdikdən sonra, adətən, kumirə qarşı maraq azalır. İndi isə təsəvvür edin ki, Maykl Cekson və ya Stiv Cobs sosial şəbəkədə ünsiyyəti davam etdirir və səhifələrində fotolar paylaşırlar".

Yeni yaranmış servis növünü "Ölülər üçün "Facebook"" adlandırıblar. İki ay "Facebook" və "Twitter" səhifənizə daxil olmadınızsa, sayt sizi ölü hesab edəcək və istədiyiniz adamlara ölümünüzdən sonra sizin adınızdan məktublar yollamağa davam edəcək.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm