"Titanik": Həqiqi sevgi hekayəsi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

"Titanik": Həqiqi sevgi hekayəsi – FOTOLAR

Ştrauslar cütlüyünün taleyi hər kəsi təəccübləndirir: onların hər ikisi fevralın 6-da Almaniyada doğulmuşdular. Sadəcə, aralarında 4 yaş fərq vardı. Sevgililər eyni gündə "Titanik" gəmisində həlak oldular.

İsidor və İdanın taleyində oxşar hadisələr çox idi: onlar ailəsi ilə Almaniyadan Amerikaya (Talbot şəhəri) köç etmişdilər. Tanışlıqları zamanı qızın 16, oğlanın isə 20 yaşı vardı.

İda imkanlı ailənin qızı, İsidor isə kiçik dükan sahibinin 5 övladından biri idi. Qızın valideynləri oğlanı kürəkənlik üçün yaxşı namizəd hesab etmirdilər.

Lakin gənclər bir-birilərindən əl çəkmirdilər. Onlara bir şərt altında evlənməyə razılıq verildi: nişan 3 ildən artıq çəkə bilməzdi. Bu, sevgililəri qorxutmadı: İsidor sevgilisi İdanın qayğısına layiqincə qalırdı və o, 1871-ci ildə qıza rəsmən evlənməyi təklifi etdi.

Ərlə arvad bir-birinə hədsiz dərəcədə sadiq idilər. Onlar hətta qısamüddətli ayrılığı da çətin yaşayırdılar. İsidor işlə bağlı evdən harasa gedəndə onlar hər gün məktublaşardılar.

Ştrauslar ailəsində 7 uşaq dünyaya gəldi. Bütün uşaqlar sevgi və əmin-amanlıq, bir sözlə, harmoniya mühitində böyüyürdülər. İsidor və İda boş vaxtlarında səyahətə çıxar, teatra gedər, gəzişərdilər.

Nənə və baba olanda belə onlar nəvələrini ziyarət etdikdən sonra özlərinə vaxt ayırar və səyahətə çıxardılar. Belə bir səyahətlərdən biri onların həyatı hesabına başa gəldi. Yaşlı ər-arvad nəvələri ilə Almaniyaya səyahətə çıxmışdılar. Qızcığazı evdə qoyduqdan sonra onlar Amerikaya yola düşməyə hazırlaşırdılar. Onların layneri "Titanik" adlı çoxsaylı sərnişini olan iri bir gəmi idi...

"Titanik" faciəsi dəhşətli oldu. Batan gəmidən çıxmaq arzusu və təşviş insanları bir-birinə düşmən etmişdi: qayıqda yer almaq üçün təhqir, itələşmə, döymə. Hətta öldürməyə də hazır idilər. "Ekonom klass"dakı uşaqlar batdığı bir zamanda kişilər hiylə işlədərək qadınlarla qayığa əyləşirdilər.

Birinci dərəcəli sərnişinlər Ştraus ailəsini qayığın elə ilk sırasında əyləşdirəcəkdilər. Cütlük ətrafda baş verən xaosdan heyrətə gəlmişdi. İda qayıqda oturub İsidorun yerini hazırlayırdı. Lakin o, birdən-birə hiss etdi ki, İsidor əlini onun qollarından ayırır.

Əri "Titanik" gəmisində qaldığı halda, İdanın oturduğu qayığı aşağı salmağa başladılar. İsidor gözlərini arvadından ayırmadan onu həmişə sevəcəyini deyirdi.

-Yox!, - qadın çığıraraq gəminin göyərtəsinə atıldı.

-Nəyə görə? Nəyə görə geri qayıtdın, İda? - əri onun üstünə qışqırıb, sonra da bərk-bərk qucaqladı.

Qadın, sadəcə olaraq, İsidorsuz yaşaya bilməyəcəyini anlayırdı. Rəhbərlik qayıqda hər ikisinin oturmasına icazə verirdi: "Titanik"in qaydalarına görə, birinci dərəcəli sərnişin kişilər qayıqda əyləşə bilərdilər. Lakin İsidor heç kəsdən fərqlənmək istəmədi, gəmidə qalmağa üstünlük verdi – ilk növbədə qadın və uşaqlar xilas olmalı idi...

İdanı yenidən qayığa mindirməyə çalışdılar, lakin o, əminliklə dedi: "Mən ərimi qoyub gedən deyiləm. Biz həmişə bir yerdə olmuşuq və birlikdə də öləcəyik".

Cütlüyü sonuncu dəfə göyərtənin şezlonqunda (uzanıb dincəlmək üçün xüsusi kürsü) oturan yerdə gördülər. Onlar əl-ələ tutub üzüb gedənlərə əl edirdilər. Heç bir yerə qaçmağa da hazırlaşmırdılar. Çünki cütlük üçün ən dəyərli varlıq özləri idi...

Nyu-Yorkda Ştrausların sevgisinə həsr olunmuş 4 heykəl ucaldılıb. Ştrausların hekayəsi rejissor Kemeronun çəkdiyi "Titanik" filmində də əksini tapıb. Filmdə İsidor və İda epizodik rolda canlandırılıb – onlar göyərtənin çarpayısında qucaqlaşan yerdə görünürlər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm