Keçmiş sevgilinin adaşıyla qeyri-adi dünya səyahəti
Bizi izləyin

Bilgi.az

Keçmiş sevgilinin adaşıyla qeyri-adi dünya səyahəti

Cordan Aksani adlı gənc oğlan son aylar Kanadanın az qala ulduzuna çevrilib. İş ondadır ki, oğlan keçmiş sevgilisinin eyni ad və soyadını daşıyan istənilən qızı səyahətə aparmaq üçün müsabiqə elan edib.

Müsabiqəni Kanadanın Yeni Şotlandiya əyalətindən olan 23 yaşlı tələbə Elizabet Qallaher qazanıb. Belə ki, o, milad bayramında pulsuz dünya səyahətinə çıxacaq.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Toronto şəhərindən olan 28 yaşlı Cordan Aksani hələ may ayında Elizabet Qallaher adlı sevgilisi ilə Milad bayramı günlərində dünya səyahətinə bilet alıb. Lakin səyahət başlamamış cütlük ayrılıb. Endirimdə alınmış biletləri geri qaytarmaq və ya adları dəyişmək mümkün olmayıb. Buna görə də Cordan noyabrın əvvəllərində "Reddit" sosial şəbəkəsində keçmiş sevgilisinin ad və soyadını daşıyan qıza bilet hədiyyə etmək istədiyini bəyan edib. Əsas şərt ondan ibarət olub ki, Elizabet Qallaher adlı qız Kanada vətəndaşı olub, xarici pasporta malik olsun. Qızın doğum tarixi önəm daşımayıb, çünki biletin sifarişi zamanı bu, nəzərə alınmır.

Bu müddət ərzində Aksani dünyanın müxtəlif yerlərindən minlərlə elektron məktub alıb. Ona müxtəlif yaş qrupuna məxsus olan qızlar da yazıb. Hətta adını dəyişərək, Kanada pasportu almaq istəyənlər də olub. Hər şey səyahət naminə edilib. Lakin əsl adı Elizabet Qallaher olan qızların sayı 18 olub. Cordan 18 qız içərisindən 23 yaşlı tələbəni seçib. Qızın sevgilisi var və o etiraf edib ki, Milad bayramını yad kişi ilə keçirməsindən sevgilisi çox da məmnun qalmayıb. Qız deyib: "Sevgilim mənim səyahət etmək istəyimi bilir, lakin Milad bayramında düz 1 ay yad oğlanla birlikdə olmağıma asanlıqla razılıq vermədi. Lakin bu, tamamilə dostsayağı səyahət olacaq".

Dünya səyahəti dekabrın 21-də Nyu-York şəhərində başlayacaq. Səyahət zamanı onlar Milan, Praqa, Paris, Banqkok və Nyu-Dehli şəhərlərində olacaqlar. Torontoya qayıdış yanvarın 12-də baş tutacaq. Cordan biletdən başqa heç nəyi bronlaşdırmayıb. Lakin onun hekayəsi geniş yayıldıqdan sonra "Marriott İnternational" mehmanxana şəbəkəsi səyahət edən cütlüyə ayrı-ayrılıqda otaq nömrələri ayırıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm