• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Sağ yoxsa sol tərəfimiz daha çox cazibədardır? (foto)

  • Maraqlı
  • 12 Fevral 2014 18:36
  • 1 002 Baxış
Sağ yoxsa sol tərəfimiz daha çox cazibədardır? (foto)

32 yaşlı nyu-yorklu fotoqraf Aleks Con Bek 10 nəfərin portretini götürərək insan simalarının sağ və sol yarımkürələrini ayırmaqla simmetrik şəkillər yaradıb. Sonradan isə nəticələr müqayisə üçün yanbayan qoyulub.

Fotoqraf müsahibəsində qeyd edir ki, hər iki üzümüzdə olan fərqliliklərdən heyrətə gəlib.

Həqiqətində, kişi iştirakçılardan birinin “sol tərəfindəki” şəkilində boğaz nahiyəsi nazik, gözaltı hissəsində isə çoxlu sayda xallara rast gəlmək olur. Lakin “sağ tərəfindəki” şəkildə isə üz cizgiləri qan damarları ilə örtülüb.

Eyni zamanda qızın “sağ tərəfindəki” şəkilində gözləri bir-birinə yaxın olduğu halda, “sol tərəfindəki” şəkil isə yaxşı tarazlaşıb.

Bek qeyd edir ki, fotoqraflığı dövründə qarşısına çıxan müxtəlif etnik qruplardan olan kişi və qadın şəkillərindən istifadə edib.

İştirakçıların reaksiyaları haqqında fotoqraf deyir: “Onlar hər iki simalarında olan xırda fərqlilikələrdən təşvişə düşürdülər.”

Məsələn, simanın bir tərəfində diqqət/fokuslanma çox olduğu halda digərində azdır.

İştirakçıların həqiqi simaları göstərilmir.

Elmə əsasən üzümüzün sol hissəsi sağ hissəsinə nisbətən daha zəngindir çünki sol tərəf emosiyaları idarə edən beyin tərəfindən nəzarət edilir.

Beyinin sol tərəfi dili idarə etdiyi halda sağ tərəfimiz dərrakəni nəzarətdə saxlayır.

Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR