Sevgidə bir yolla qalib gəlmək olar - qaçmaqla.
Bizi izləyin

Bilgi.az

Sevgidə bir yolla qalib gəlmək olar - qaçmaqla.

Dünya yaranandan bəri var olan, heç birmizin qaça bilmədiyimi sevgi barədə çox şey deyilib, çox şey yazılıb. Maraqlıdır ki, deyilənlərin, yazılanların heç də hamısı ülvi, məmnun sözlər deyil.


Ədəbiyyat, fəlsəfə, din, siyasət tarixində iz buraxmış əksər dühaların sevgiyə münasibətləri qeyri-standart olub. Onlardan bəzi maraqlı çıxarışları sizə təqdim edirik.

Sevənin ən qorxunc rəqibi atasıdı.

Çarlz Lem

Qadın sevəndə ağıllanır, kişi isə ağlını itirir.

Erix Mariya Remark

Nə qədər ki, sevirsən, bilmirsən. Biləndə isə sevmirsən.

Publili Sir

Sevgidə bütün vasitələr məqbuldu – birbaş hədəfə aparanlardan başqa...

Tadeuş Breza (polyak yazıçısı)

Sevilməmək – sadəcə uğursuzluqdu. Ən böyük bədbəxtlik sevməməkdi.

Alber Kamyu

Səhnə sevgiyə çox şey borcludu, həyat isə heç nə...

Frensis Bekon

Mələklər onu cənnət həzzi, şeytan cəhənnəm əzabı, insanlar isə - sevgi adlandırır.

Henrix Heyne

Sevgidə yalnız bir yolla qalib gəlmək olar - qaçmaqla.

Napoleon Bonapart

Atılmış insanların davranışında həmişə gülünc şeylər olur.

Oskar Uayld

Sevgidə sədaqət – tamamilə fizioloji məsələdi və qətiyyən bizim iradəmizdən asılı deyil. Gənclər sadiq olmaq istəyirlər- amma olmurlar. Qocalar xəyanət eləmək istəyirlər – amma alınmır..

Oskar Uayld

Qadın ilk dəfə aşiq olanda sevgilisini sevir; ondan sonra yalnız sevgiyə aşiq olur.

F.Laroşfuko

Sevənlərin hamısı bacardığından çox şey vəd eləyir, amma heç mümkün olanı belə yerinə yetirmir.

Vilyam Şekspir

Bal ayı, ancaq bal saxta çıxmayanda yaxşı olur.

V.Sumbatov (rus şairi)

Sevgini cəsarətlə üçqat oğru adlandırmaq olar – o yatmır, cəsurdu və insanın hər şeyini əlindən alır...

Diogen


Sevgi –iki cinsin savaşıdı. Qadın əvvəldə müdafiə olunmalıdı, kişi isə sonda.. Vay məğlub olanın halına!

A.Düma-oğul

Qadınlar sevgi oyununda ölüm kimidilər: gözlənilmədən peyda olurlar, amma çağıranda gəlmirlər.

R.Kampoamor (ispan şairi)

Ancaq hiss eləmədiyin sevgi haqqında gözəl danışmaq mümkündü.

A.Karr (ingilis alimi)

Sevginin cürbəcür dərmanları var, amma heç biri etibarlı deyil.
F.Laroşfuko

Əsl məhəbbət ruha oxşayır: hamı onun barəsində danışır, amma çox az adam onu görüb.

F.Laroşfuko

Bibliya öz yaxınını sevməyi öyrədir, Kamasutra isə bunu necə eləyəcəyini başa salır.

Anonim

Sevgi ruhların və bədənlərin qovuşması ilə başlayıb birgə qazanılmış əmlakın bölünməsi ilə başa çatır.

E.Sevrus (rus ədəbiyyatşünası)

Adam sevəndə ağlını itirir, evlənəndə isə bu itkini hiss eləyir.

M.Safir (rus sərkərdəsi, general-mayor)

Poetik sevgi yaşamayanlar qadını qəssab dükanında ət seçirmiş kimi seçirlər. Onları ətin keyfiyyətindən başqa heç nə maraqlandırmır.

G.Mopassan

Qadınlar həzz vermək üçün yaradılıblar, onların köməkçi, dost, yoldaş olmaq iddiaları məni dəli eləyir.

S.Moem

Nə qədər çox sevdiyini deyə bilirsənsə, deməli, az sevirsən.

F.Petrarka

Qoy, sizin sevginiz sizin şərəfiniz olsun! Umümiyyətlə, qadın şərəfin nə olduğundan xəbərsizdi. Amma qoy, hər zaman daha çox sevmək və heç vaxt ikinci olmamaq sizin üçün şərəf olsun!

F.Nitşe

Hazırladı: Aygun

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm