Bilgi.az
Milli Məclisin ağlamalı gülməcələri - MARAQLI
Sabiq deputat, hazırda AMEA-ın İqtisadiyyat İnstitunun direktoru olan professor Nazim İmanov millət vəkili olduğu dönəmlərdə parlamentdə yaşanan maraqlı və məzəli hadisələri sonradan kitab halında cəm edib. "Milli Məclisin ağlamalı gülməcələri" adlanan kitabça əslində N.İmanovun zaman-zaman etdiyi qeydlərin nəticəsidir. Müəllif onu Milli Məclisdə qazandığı dostlarına həsr edib.
Modern.az həmin kitabçadakı əhvalatların
təqdimatına davam edir.
Yenə yerliçilik
Deputatlığının üçüncü ilində Firdovsi Əliyev ingilis dili öyrənməyə
girişdi. Ara-sıra biliyini möhkəmləndirmək ya da göstərmək üçün
arxa sırada oturan Şadman Hüseynə tərəf dönüb ingiliscə "ixtilat"
eləyirdi. İxtilat deyəndə ki, yəni nə var-nə yox, necəsən, havalar
yaxşı keçir... Bunu eşidən Şaitdin Əliyev tənəffüsdə Firdovsiyə
yaxınlaşdı və şübhəli-şübhəli baxa-baxa aktual bir sual verdi:
- Ala Firdovsi, Şadmannan zor sööbət eliyirdüz. Ala, bu da
talışduu?
Baş tutmayan görüş
Avropada seminardan qayıdandan sonra Milli Məclisin koridorunda Yaşar Əliyevlə görüşdük.
- Nətər keçdi seminarınız?
- Yaxşı oldu.
- Em-Ve-Ef sizə bir şey öyrədə bildi?
- Yox.
- Əlbəttə. Sən onlardan çox bilirsən. Yəqin sən onları öyrətmisən.
- Yox, mən də öyrədə bilmədim.
- Niyə?
- Heç görüşə bildik ki?!
Konspirativ hörmət
ABŞ-dan qayıtdıqdan sonra Milli Məclisə ilk gəlişimdir. Kərim Kərimov guya məndən narazılığını ifadə etməkçün, amma əslində öz "iqtidarçı sədaqətini" ətrafdakılara nümayiş etdirməkdən ötrü arxaya dönür:
- Hə nooldu, getdin Amerkannarın yanında məmləkəti biyabır elədin? Siz müxalifətin əlinnən başqa nə gəlir ki?! Və sair. Görürəm ki, ciddi mübahisə yeri deyil:
- Əşi ollar heç e, Kərim müəllim, əsas məsələ başqadı. Sonra yadıma sal, deyim.
- Bah! Nə deyəcəksən?! Nə sözün var, indi de. Mənim camaatdan sirrim-zadım yoxdu.
Bir az "yox, indi yox, sonra deyərəm"dən sonra:
- De deyirsən, deyim də. Rəsul Quliyev sənə salam göndərdi.
Yan-yörəmizdəki YAP-çılar Kərim müəllimə "hücum" çəkdilər. Eldar Sabiroğlu xüsusi məzələndi:
- Ahaaa! İşin üstü açıldı. Mən həmişə bilirdim ki, bu Kərim Kərimov səkkiz yerə işdiyir.
Kərim müəllim qıpqırmızı qızarır, gah sağa, gah sola dönüb "vallah, boş sözdü" deyirdi. İki dəqiqə əvvəl mənə söylədikləri nəinki ətrafdakıların, lap özünün də yadından çıxdı.
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ