• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Dünyanın yeni xəritəsi: Rusiyaya böyük köç... - Vanqanın 2015-ci il PROQNOZLARI

  • Maraqlı
  • 19 Dekabr 2014 14:15
  • 5 351 Baxış
Dünyanın yeni xəritəsi: Rusiyaya böyük köç... - Vanqanın 2015-ci il PROQNOZLARI

XX əsrin tanınmış görücülərindən olan bolqar bilicisi Vanqanın gələcəklə bağlı proqnozları çoxlarını həyəcanlandırır. Baxmayaraq ki, çoxları onun söylədiklərinə şübhə ilə yanaşır.

1996-cı ildə dünyasını dəyişən Vanqa "dünyanın sonu" ilə bağlı iki vaxtdan danışırdı. Onlardan birincisi, dinozavrları məhv etmiş Birinci Buz dövrüdür. Vanqanın sözlərinə görə, ikinci dövr 2015-ci ilin ikinci yarısında olacaq.

Faciənin hansı nəticələrə gətirəcəyi və qurbanların sayı sirr olaraq qalır. Sevindirici olmayan proqnozlar artıq 2015-ci ilin əvvəlinə aiddir. Dünya bu zaman qlobal iqtisadi böhranla qarşılaşacaq. Qlobal iqtisadi böhran isə ölkələr arasında qarşıdurmaya səbəbi olacaq. Vanqa gözlənilən dəyişiklikləri məhz maddi maraqlar uğrunda mübarizə və texnogen müharibə ilə bağlayır. Bütün bunlar isə dünya miqyasında dağıntılara və dünyanın siyasi xəritəsinin yenidən çəkilməsinə gətirib çıxaracaq.

Vanqa ömrünün son illərində planetdə böyük metamorfozaların baş verəcəyindən danışırdı. Onun proqnozlarına görə, Avropa ölkələrinin yarısı, Cənubi Amerika və Cənub-Şərqi Asiyanın çox hissəsi dünya okeanının suları altında qalacaq. İlin ikinci yarısında Şimali Amerika və Rusiyaya cənubdan insanların böyük köçü başlayacaq. Nəticədə, dünya əhalisinin əsas hissəsi ABŞ və Mərkəzi Rusiyada cəmlənəcək.

Xatırladaq ki, yaxın vaxtlarda baş verən bir çox hadisələri Vanqa qabaqcadan xəbər verib: İosif Stalinin ölümü, Sovet İttifaqının dağılması, Çernobıl Atom Elektrik stansiyasında qəza, ABŞ-da 11 sentyabrda törədilən terror aktı, "Kursk" sualtı qayığında baş verən qəza və sair. Vanqa artıq həyatda olmasa da, bütün bu hadisələrdən sonra planetdə insanların böyük hissəsi onun proqnozlarına qulaq asır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR