Bilgi.az
Bu flirtdi – seks oyunu deyil!
Psixoloqların fikrincə, qadın "flirti" instinktiv xarakter daşıyır. Qadın ünsiyyətin ilk anından, kişilərin onu cazibədar hesab edib-etməmələrindən asılı olmayaraq, hər kişi ilə "flirt" edir. Bu, kişinin diqqətəlayiq olduğunu müəyyən etmək üçün bir vasitədir.
Qadın "flirti" nədir?
Qadın "flirti" –incə , fərqli, mənalı cəzbetmə oyunudur. Bu
bacarığa yiyələnmək hər qız üçün çox vacibdir.
Gülüş
Flirtin əsas komponentlərindən biri təbəssümdür. Dodaqlarla da
gülmək vacibdir amma əsl cazibədar gülüş gözlərinizdə olmalıdır -
gözlərinizlə gülün.
Baxışlar
Flirtin ayrılmaz hissəsi baxışlardır. Baxışların vacib anları var.
Əgər qadın baxışlarını bir andan daha uzun müddətə saxlayırsa,
deməli, kişi ona maraqlıdır.
Cazibədar baxışın "tərcüməsi" belədir: qadın kişini "dəvətkar",
maraqlı gülüşlə mükafatlandırır, sonra qadın gözlərini aşağı salır,
başını bir az fırladıb yenidən baxır. Bu ardıcıllığı təkrar etmək
olar. Amma bəyəndiyiniz kişiyə belə uzun-uzadı baxmayın.
Həmçinin, siz atəşli baxışlar da yağdıra bilərsiniz. Qadın kişiyə
nəzər salır və kişi o baxışı tutmadan gözünü çəkir. Ancaq kişi
sizin çox xoşunuza gəlirsə, o zaman yarımbaxışdan istifadə edə
bilərsiniz. Dümdüz və dəyərləndirici baxışla siz uzaqdan baxa
bilərsiniz.
Toxunuş
Toxunma - flirtin əsas hissəsidir. İki növ toxunma var: təsadüfi və
məqsədyönlü. Qadınlar "təsadüfən" kişinin yanında oturur, ona budu,
yaxud döşü ilə toxunur və bununla yaxın tanışlığa işarə verir.
Məqsədyönlü toxunmaya isə "qarşılıqlı əşya mübadiləsi"ni aid etmək
olar. Bunun üçün lazım olan yeganə amil – lazımından daha çox
uzanan toxunmadır. Əgər kişi qadına siqareti yandırmaq üçün
alışqanı yaxınlaşdırırsa, qanın onun əlinə toxuna bilər. Əgər bu
hərəkət cavab gülümsənməyə səbəb olursa, bu zaman qadın yüngülcə
təbəssümlə onun əlinə və çiyinlərinə toxuna bilər. Amma ehtiyatlı
olun: kişilərin çoxu toxunmanı seksə "işarə" kimi anlayırlar.
Qadın özü və rəqs yoldaşı arasında məsafə saxlayaraq, bununla ona
yaxınlıq istəmədiyini anladır. Əgər qadın kişinin əhatə dairəsinə
daxil olursa, o özünün marağını göstərir (45-75 sm-lik məsafə).
Kişiyə oturaq halda yaxınlaşmaq, onunla bədən təmasına girmək
asandır - bunun üçün sadəcə bir az əyilmək lazımdır.
Bəzənmək
Gülüş, baxış, toxunma - bunlar şüurlu fəaliyyətdir, bunu öyrənmək
asandır və istənilən qadın buna nail ola bilər. Ən güclü siqnallar
- "bəzənmək" jestləridir. Amma jestlərin çoxunu biz şüursuz
edirik.
Səs
Flirtin önəmli elementlərindən biri də səsdir. Kişi üçün qadın
səsinin yumşaqlığının əhəmiyyəti böyükdür. Qadının səsi nə qədər
yumşaqdırsa, o qədər uşaq səsinə oxşayır. Bu, kişilər üçün
"təhlükəli" görünür.
Siz öz səsinizdən iki cür istifadə edə bilərsiniz. Birincisi - adət
etdiyiniz, yuxarı tonda hər mövzuda danışdığınız səs, ikincisi -
daha dərin və seksual səs. İkinci cəzb etmək üçündür. Səsin tonuna
təbəssüm, baxış əlavə edin və siz xoşunuza gələn kişiyə təsirin
nəticəsini görəcəksiniz.
Diskotekada, partilərdə flirt edin. Komplimentlər deyin. Bununla
siz öz marağınızı göstərə və kişini maraqlandıra bilərsiniz.
Söhbət
Kişi ilə danışmaq üçün mövzu fikirləşin. Oyun başlayan kimi kişi
fikirləşir: o çox cazibədardır, amma mən onun xoşuna gəlirəmmi? Mən
onla danışsam, məni geri itələyə bilərmi? Əgər qadın flirt etmirsə,
kişi özü söhbəti aparmağa və nə deyəcəyini düşünməyə məcbur
dur.
Rəqs
Kişiylə rəqs etmək qadının özünün seksuallığını nümayişi üçün əla
imkandır. Daha çox çəkici olmaq üçün oynayan zaman kişinin
gözlərinə baxın, amma bununla belə zaman-zaman onunla bir yerdə
çevrilin ki, kənara deyil, onun üzünə baxa biləsiniz.
Məhz onunla oynadığınızı anlamağa şans verin və onun başqalarından
fərqli olduğunu hiss etdirin!
Oyun zamanı siz kişinin boynunu qucaqlamaqla işarə verə bilərsiniz.
Amma vulqar və açıq-aşkar seksual olmaq lazım deyil. Axı
flirt-cəzbetmə sənətidir. Seks oyunu deyil...
Hazırladı: Nailə
Publika.Az
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək