Qadınların nifrət etdiyi hədiyyələr...
Bizi izləyin

Bilgi.az

Qadınların nifrət etdiyi hədiyyələr...

8 Martın gəlişi ilə kişilər xanımlara hədiyyə almaq üzərində baş sındırmağa başlayır. Zərif cinsin nümayəndələrinin zəhləsi gedən hədiyyələri diqqətinizə çatdırırıq.


Ev heyvanları

«Romir» tədqiqat mərkəzinin apardığı araşdırma göstərib ki,
8 Martda xanımlar üçün ən arzuolunmaz hədiyyə ev heyvanlarıdır.
Rəyi soruşulan qadınların 33%-i bu fikri təsdiqləyib.

İdman ləvazimatları

Onların arzulamadıqları hədiyyələr sırasında ikinci yeri qantellər və digər idman avadanlıqları tutur. 28% xanım hesab edir ki, bu hədiyyə onların bədən quruluşunda problemlərin olduğunun nümayişidir. Məhz bu səbəbdən hədiyyə alanda diqqətli olun.

Yumşaq oyuncaqlar

Kimsə martın 8-də qadına yumşaq oyuncaq hədiyyə etmək istəyirsə, onun da fikrindən daşınması məsləhətdir. Rəyi soruşulan xanımların 18%-i belə hədiyyələrə nifrət edir.
Araşdırma onların mətbəx avadanlığı, qab-qacaq, hətta alt paltarı və pulu da arzuolunmaz hədiyyə saydıqlarını göstərib. Amma pul məsələsində müəyyən tərəddüdlərin olduğu da üzə çıxıb.

Bəs nə?

Təbii ki, araşdırma zamanı xanımların 8 Mart günü arzusunda olduqları hədiyyələr də müəyyən edilib. Bu, gül, bəzək əşyaları, həmçinin, parfümeriya və kosmetikadır.

Hazırladı: Sahilə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm