• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Məşhur aktrisa bacısının ölümündə təqsirli bilinir

  • Maraqlı
  • 13 Fevral 2014 10:19
  • 645 Baxış
Məşhur aktrisa bacısının ölümündə təqsirli bilinir

Dünən axşam saatlarında məşhur Hollivud aktrisası Culiya Robertsin 37 yaşlı kiçik bacısı Nensi Moutsun cəsədi hamam otağından tapılıb.

İlkin versiyaya əsasən sui-qəsd ehtimalı irəli sürülüb çünki evdən çoxlu sayda dərman preparatları aşkar edilib.

Sonra isə bu versiya öz təsdiqini tapdı: polis Nensini özünü öldürmə həddinə gətirib çıxarmaqda Culiyanı təqsirləndirən 5 səhifəlik ölüm qabağı yazdığı məktubunu tapıb.

Tədqiqatlara yaxın olan mənbədən bildirilir: “Bu şübhəsiz ki, sui-qəsd idi. O, 5 səhifəlik ölüm qabağı məktub yazıb. Məktubun 3 səhifəsində bu hərəkəti etməkdə bacısının onu necə vadar etdiyini yazır.

Səhifənin birini anasına həsr edərək (Betti Lu Mouts) onu necə sevdiyini qeyd edir. Bir səhifəsində isə əri qarşısında üzrxahlığını bildirir.”

Nensinin dostlarının dediyinə görə onun məşhur böyük bacısı ilə çox çətin münasibətləri vardır. Keçən ilin avqust ayında açıq müsahibə verən Nensi Culiyanı anası ilə görüşməsinə imkan verməməsindən şikayət edib.

Bundan əlavə, uşaqlıqda Nensi 136 kiloqram olduğundan Culiya tez-tez onu tənqid edərdi. Bacısının istehzalarından canını qurtarmaq üçün mədəsinin kəsilməsi əməliyyatına əl atıb. Mərhumun dostları həmçinin qeyd edir ki, son zamanlar bacısı ilə münasibətlər daha da kəskinləşib.

Faciədən bir həftə öncə Nensi öz Twitter səhifəsində belə bir yazı paylaşıb: “ “Bacım” deyir ki,belə dost və fanatların əhatəsində ona başqa birinin sevgisi lazım deyil. Bu ki, “Amerikanın Sevimliləri”-dir.”

Yazı 20 yanvar tarixində Culiyanın “Amerikanın Sevimliləri” filmindəki roluna istinadən yazılıb.

“Siz qəddar insanın fanatı olmaq istəyirsiniz? O heç yaxşı insan da deyil.”-deyərək qeyd edib.

Münasibətlərində olan gərginliyə baxmayaraq Culiya Roberts bu itkini ağır qarşılayıb. Aktrisa bütün ictimai çıxışlarını təxirə salıb.

Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR