Məşhur şou proqram kişiləri xəyanətə sürüklədiyi üçün cərimə olundu –VİDEO
Bizi izləyin

Bilgi.az

Məşhur şou proqram kişiləri xəyanətə sürüklədiyi üçün cərimə olundu –VİDEO

Türkiyədə televiziya kanallarının birində nümayiş olunan məşhur proqram dörd kişinin yad qadınlarla rəqs etdiyinə görə cərimə olunub.

İş ondadır ki, həmin kişilərin arvadları da həmin proqramda olub və ərinin hərəkətlərinə tamaşa ediblər.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, "Mən bilmərəm, həyat yoldaşım bilər" adlı şou rekord məbləğdə cərimə ödəməlidir: 410 min türk lirəsi (170 min dollar).

Ölkənin radio və televiziya şurasının qərarına görə, rəqs epizodu "ictimai əxlaqa ziddir və türk ailə strukturunu məhv edir". Şuranı həmçinin qeyd edib ki, səhnə "kişiləri xəyanətə sürükləyir və ailədəki sülh şəraitinə xələl gətirir". Bundan əlavə, "proqramdakı qadınlar seksual obyekt kimi qavranılıb".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm