Fahişəlikdən casusluğa gedən yol – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Fahişəlikdən casusluğa gedən yol – FOTOLAR

Onu əbəs yerə "ikinci Mata Hari"adlandırmırlar. Kişilərin həyatını məhv edən ölüm saçan qadının əsl adı Kristin Kiler idi. Bəli, düz eşitdiniz, Killer yox, Kiler...

Soyuq müharibə keçən əsrin ən gərgin dövrlərindən biri olub. Hər müharibənin isə öz qəhrəmanı olur. Bəzən olur ki, onlar haqda məlumat sirr olaraq saxlanılır, bəzilərinin adı isə vaxt keçdikcə üzə çıxır.

Publika.az soyuq müharibə illərində fəaliyyət göstərən qəhrəman-casus qadının tarixçəsini təqdim edir.

London muzeylərinin birində zərif bir foto qorunub saxlanılır: çılpaq gənc qadın stulda əyləşib. Foto 1963-cü ildə çəkilib. Şəkildəki qadın isə soyuq müharibə dövrünün seks simvoludur.

Seks simvollar saraylarda doğulmurlar. Kristin Kiler ömrünün 16 ilini nəinki evdə, heç daxmada da keçirməyib. O, London yaxınlığında yerləşən kiçik Reysberi stansiyasındakı atılmış köhnə dəmiryolu vaqonunda yaşayıb.

Qız 13 yaşından yastığının altına bıçaq qoyaraq yatardı. Atalığı ona tamah salmışdı.

15 yaşında Kristin özü pul qazanmağa başlayır. O, Londona gedərək mağazaların birində geyimləri nümayiş etdirərdi. Mağazada işləyən afrikalı təmizlik işçisi Kristindən atalığının bu vaxta qədər istədiyini əldə edə bilir – Kristinin bakirəliyini...

Kristin tamamilə Londona köçərək gecə klublarının birində rəqqasəlik etməyə başlayır. Günlərin birində kluba daxil olan bir kişi Kristini görərək onun rəqsini yüksək qiymətləndirir və qızdan necə istifadə etməyin yollarını tapır.

Bu kişi StivenUord – bir sıra məşhur siyasətçiləri müalicə edən istedadlı həkim idi. Uord bacarıqlı rəssam kimi aristokrat ailənin üzvlərinin portretini çəkməklə də məşğul olurdu.

Uordun məşğuliyyəti bununla məhdudlaşmırdı. O, evində elit təbəqənin əyləncəsi üçün orgiya gecələri də təşkil edərdi. "Fərdi" proqramı üçün o, yaraşıqlı gənclərlə tanış olar və gəncləri zəngin və yaşlı inşaların əyləncəsinə dəvət edərdi.

Tezliklə, Kristin Kiler onun sevimlisinə çevrildi. Lakin onların arasında sevgili münasibətləri yox idi. Bu, daha çox müəllim və şagird münasibəti idi. O, Kristinə "gözəl həyat tərzini" öyrədərdi: qapalı gecə əyləncələri, şəhərkənarı klublar, məşhur, zəngin və nüfuzlu kişilərlə tanışlıq.

1961-ci il, iyulun 8-i, qızmar bir gün idi. Lord Astorun mülkündə "hovuz əyləncəsi" keçirilirdi. Qadınların lümlüt olduqları əyləncə zamanı kişilər çimərlik geyimində idilər. Qonaqlar arasında Pakistanın prezidenti Ayuba Xana, mühafizəkar partiyadan olan deputatlar və Böyük Britaniyanın müdafiə naziri Con Profyumo da iştirak edirdi. Lord Astor naziri yaraşıqlı fahişə Kristinə təqdim edir.

Kristin sonralar həmin günü belə xatırlayacaqdı: "Mənim əynimdə yalnız balaca bir məhrəba vardı. Məhrəba ya sinəmi, ya da baldırlarımı örtə bilərdi. Stiv məni Profyumonun ağuşuna atmaqla Almaniyadakı nüvə silahının müddəti haqda informasiyanı əldə etməyə çalışırdı".

Kristina kişiləri dünyada hər şeyi unutmağa vadar edə bilən təsirli qadın olub. Con Profyumonu hovuzda baş verən vəziyyət və çılpaq qadınlar heç də pərt etmirdi. Axı əyləncədə Sovetlər İttifaqının Böyük Britaniyada çalışan hərbi-dəniz attaşesi kapitan Yevqeni İvanov iştirak edir, o hətta hovuzda üzərək, şadyanalıqla suyu şappıldadırdı.

Həmin dövrlərdə SSRİ vətəndaşı ölkədən kənara çıxarkən "qurucu kommunist ölkəsinin əxlaqi simasını" qorumalı idi. İvanovun isə davranışı sözə gəlmirdi...

Böyük Britaniya hərbi naziri Con Profyumo və yüngül əxlaqlı qadın arasındakı sevgi macərası ölkədə siyası qalmaqla səbəb oldu.

Kristin Kiler ilə 2 il sürən məhəbbətdən sonra 1963-cü ildə Porfyumo vəzifəsindən azad edildi. Porfyumonun tələyə düşdüyü tezliklə məlum oldu. Xüsusi xidmət orqanları Yevqeni İvanovun təkcə diplomat kimi yox, həm də sovet kəşfiyyatının əməkdaşı kimi fəaliyyət göstərdiyi aşkara çıxdı. Maraqlısı budur ki, Kristin Kiler həm Böyük Britaniya naziri, həm də, sovet kəşfiyyatçısı ilə eyni anda görüşürdü. Belə çıxır ki, 19 yaşlı gözəl striptiz rəqqasəsi bir əldə iki qarpız saxlayırdı.

Sonrakı araşdırmaların nəticələri isə daha maraqlı oldu. Demə, kəşfiyyatçı İvanov fahişə qadına öz mənafeyi və SSRİ naminə ciddi "tapşırıqlar" verirmiş. İvanov qadının evinə tez-tez baş çəkərdi. Həmçinin o, məxfilik normalarını pozaraq Kristinin evinə səfirlik avtomobilində gələrdi.

Kristin deyirdi: "Deyə bilmərəm ki, mənim bu rus ayısından ötrü ürəyim gedib. Lakin ruslar ingilislərlə müqayisədə daha vicdanlı xalqdır. Yevqeni yumor hissindən məhrum idi, elə bütün günü öz ölkəsini tərifləyərdi".

Şəkilləri Con Profyumoya göstərirlər, nazir qəzəblənərək fotoları cırır və Kristinlə münasibətlərinə son qoyur. Lakin hər şey hələ qarşıda idi...

Kristin iki marixuana dileri arasında məhəbbət üçbucağı yaşayırdı. Kristini aralarında bölə bilməyən Aloiziy Qordon və Conni Eckomb mübahisə edir, əlbəyaxa davaya çıxır, bıçaqlaşırdılar. İş o yerə çatdı ki, Kristin məhkəmədə şahid qismində çıxış etməli oldu. O, həmçinin öz şəxsi həyatı haqqında da məlumat verməli idi. Və bununla da Con Profyumonun karyerası bitdi...

Kristinin ifadəsindən sonra bir çox faktlar üzə çıxdı.

Mətbuatda belə bir başlıqlı yazılar yer almağa başladı: "Müdafiə naziri –Kristinin yatağından, rus kəşfiyyatçısı – Kristinin yatağına". Qəzetləri almaq üçün köşklərdə növbə yaranmışdı. Hamı Kristinin məhəbbət üçbucağından, marixuana haqq-hesabından və Uordun salonundakı baş tutan orgiyalardan danışırdı.

"ConProfyumo ilə münasibətlərin pis nəticələnəcəyindən şübhələnməzdim. Etiraf edirəm ki, ondan hamilə qaldım və abort etdim. Özünə bu haqda heç nə demədim".

Uord məhkəmə zamanı ölümcül dozada yuxu dərmanı içərək intihar edir. Con Porfyumo siyasətdən gedir, baş nazir Makmillan depressiyaya düşür, ağır xəstələnir və istefa verir. Onun mühafizəkar partiyası isə seçkiləri uduzaraq uzun müddət hakimiyyətə qayıda bilmir. Profyumo zəngin insan idi. Lakin bu hadisələrdən sonra onun beynində nəyin baş verdiyini deyə bilmərik. Bircə onu bilirik ki, bundan sonra o, bir neçə il müddətində ictimai ayaqyolunu pulsuz təmizləmək üçün adını xeyriyyə cəmiyyətinə yazdırdı. O, 40 il biabırçı ad-sanla yaşadıqdan sonra 2006-cı ildə dünyasını dəyişdi.

"2000-ci illərdə mənə FTB-in sənədlərini göstərdilər. Sən demə, mənim seksual əlaqələrimi prezident Kennedi də izləyirmiş. İstintaq zamanı mənə FTB direktoru belə bir sual verdi: təsadüfən prezident Kennedi ilə cinsi əlaqədə olmamışamki?"

Kristin 1 il azadlıqdan məhrum edilir. O, azadlığa çıxdıqdan sonra kimyəvi təmizləmə işində, reklam agentliyində çalışıb, sonalar qabyuyan işləyib.

Kristin də əvvəllər kişilərin hesabına yaşayardı. Hadisələr açıldıqdan sonra, o, muzeylərə qoydurduğu foto və bu günədək nəşr etdirdiyi 4 kitabın hesabına dolanır. Hər bir kitabı köhnə əhvalatın yenidən işlənmiş formasında nəşr olunub. O, iki oğlunu müxtəlif kişilərdən dünyaya gətirib. Oğlunun biri onu ana kimi qəbul etmir, digəri isə arada-sırada anasının ziyarətinə gəlir.

Həqiqət ortaya çıxdıqdan sonra İvanovu Moskvaya çağırdılar. Əməliyyatın baş tutmadığından onu bütün perspektivlərdən məhrum etdilər. Arvadı onu atdı, bundan sonra İvanov təsəllini spirtli içkilərdə tapdı. İvanov və Kristinson bir dəfə 1993-cü ildə Moskvada görüşdülər. O zaman SSRİ artıq dağılmışdı və nəşriyyat evlərindən biri onların xatirələri əsasında kitab buraxdırmağı qərara almışdı. 1994-cü ildə isə İvanov vəfat etdi.

Yetmiş yaşlı Kristin isə hazırda Londonda kiçik bir evdə yaşamaqdadır. O, vətənini sataraq, SSRİ-ə xidmət etdiyini də etiraf edib.

"Uzun illər keçdikdən sonra mən 60-cı illərdə baş verənləri dərk etdim. ABŞ və SSRİ, Kennedi və Xruşov bir-birinə nüvə silahını tuşlamışdı. Mən isə eyni zamanda ingilis müdafiə naziri və sovet kəşfiyyatçısı ilə yatırdım. Lakin o vaxt çiyinlərimdə böyük bir məsuliyyətin olduğunu hələ indi anlayıram.

İstəyirəm ki, bütün dünya etiraflarımı eşitsin.Yevqeni İvanov əməliyyatı sona çatdırmasa da belə, Lenin mükafatı ilə təltif olundu. Çünki Makmillan istefaya getdi və onları leyboristlər əvəzlədi. Bu, Yevqeni üçün zəfər idi.

1993-cü ildə "Deyli ekspress" qəzeti bizim görüşü təşkil etdi və mən 1993-cü ildə Moskvaya gəldim. Yevgeni məni qucaqladı, öpdü və mənə tərəf bir qutu rus konfeti uzatdı. 67 yaşlı Yevgeni əvvəlki kimi arağı sevirdi. O, mənim yatağımda uzanan nəhəng ayıdan kök və yaşlı insana çevrilmişdi. Və həmin an dərk etdim: mənim həyatımda böyük rol oynayan kişini artıq çətinliklə tanıyırdım.

Yevgeni arvadına mənimlə xəyanət etməsinə görə çox peşman idi. Xəyanətdən xəbər tutan arvadı onu tərk edib getmişdi. Yevgeni isə bir daha evlənmədi. O, mənzilini mənə göstərməyə utanan bədbəxt, tənha adam idi. Bircə onu dedi ki, "çox kasıbam". Beləcə, həyatımdakı bütün kişiləri məhv etmiş oldum...".

Tərcümə: Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm