Narkotiklərdən reportaj hazırlayan müxbir çıxılmaz vəziyyətə düşdü – FOTOLAR – VİDEO
Bizi izləyin

Bilgi.az

Narkotiklərdən reportaj hazırlayan müxbir çıxılmaz vəziyyətə düşdü – FOTOLAR – VİDEO

"BBC" telekanalının müxbiri məhv edilən narkotiklərdən reportaj hazırlayan zaman çıxılmaz vəziyyətə düşüb. İş ondadır ki, müxbir Kventin Sommervil külli miqdarda yandırılaraq məhv edilən heroin, tiryək və həşiş kimi narkotik maddələrin yaxınlığında dayanaraq reportaj hazırlamağa çalışıb.

Lakin o, yandırılan narkotik maddələrə çox yaxınlaşdığı üçün sözünü bitirə bilməyib. Kventin "YouTube" telekanalında yerləşdirdiyi videonu "Nəfəs almayın" (Don’t inhale) adlandırıb. Videodan aydın görmək olur ki, Kventin narkotik maddələrin təsirindən bihuş olaraq sözləri düzgün ifadə edə bilməyib. Bundan əlavə, o, yersiz gülüşünü də saxlaya bilməyib.

Kventin kameraya baxaraq deyib: "Mənim arxamda 8 yarım tonluq heroin, tiryək, həşiş və digər narkotik maddələr yandırılır". Bu kəlmədən sonra Kventin ikinci cümləni deməyə çalışır, lakin yersiz gülüşü onu və operatorun diqqətini yayındırır.

Beləcə, Böyük Britaniya müxbiri pərt olaraq reportajı dayandırıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm